Dronlar Samara şəhərinə hücum etdi: Neft emalı zavodunda yanğın VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Çərşənbə axşamına keçən gecə, sentyabrın 22-də Ukrayna Rusiyanın Samara şəhərində yerləşən Kuybışev neft emalı zavoduna PUA-larla hücum edib. Müəssisənin ərazisində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Astra” özünün OSINT təhlilinə istinadən məlumat yayıb.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev bölgəyə hücumu təsdiqləyib. Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri “onlarla pilotsuz uçuş aparatını” məhv edib.
Rusiyalı məmur bildirib ki, PUA-ların hədəfi sənaye müəssisəsi olub. O, Kuybışev neft emalı zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat verməyib.
Nəşr xatırladıb ki, bu zavod daha əvvəl də dəfələrlə hücuma məruz qalıb. Belə ki, 2024-cü ilin martında PUA-lar neft zavodundakı qurğulardan birinə zərər vurub və istehsal prosesi dayandırılıb. 2025-ci ilin avqustunda da Ukraynanın hücumundan sonra müəssisənin fəaliyyəti dayandırılmışdı. Analoji hücum 2026-cı il iyunun 10-da da baş verib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















