Icma.az
close
up
RU
DSMF də “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

DSMF də “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası sosial inkişafa  təminat yaradan, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədlərindən biri kimi bəyan edən mükəmməl ali hüquqi sənəddir.

XQ xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən tədbirdə vurğulanıb.

Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Konstitusiyasının ölkəmizdə insan hüquq və azadlıqlarının təminatına zəmin yaratdığını, Əsas Qanunumuzda hər kəsin sosial təminat hüququna malik olduğunun bəyan edildiyini vurğulayıb. O,  Prezident İlham Əliyevin tapşırıqları əsasında, ölkəmizdə son illər aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb.

DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırdığını qeyd edib. Bildirilib ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən 60-dan çox sənəd imzalanıb və həmin dövrdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artıb.

Millət vəkili, Mili Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev,  Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov və digər çıxış edənlər Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının sosial dövlət konsepsiyasını özündə ehtiva etdiyini vurğulayıblar. Əsas Qanunumuzda Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qaldığının bəyan olunduğu qeyd edilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri