DSMF Zərdabda ictimai dinləmə keçirib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) regionlarda ictimai dinləmələr keçirir.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zərdab rayonunda keçirilən ictimai dinləmə zamanı pensiya və sosial müavinətlər, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunan təqaüdlə bağlı təqdimatlarla bağlı məlumat verilib, verilən ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi də ətraflı izah olunub.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbirin əhəmiyyəti vurğulanıb.

