DSX: Ötən ay 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən ay ərzində dövlət sərhədində 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin oktyabr ayının icmalında qeyd olunub.
Bildirilib ki, ötən ay sərhəddə 489 kiloqram 871 qram narkоtik vasitə, 4689 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Eyni zamanda, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 164 min 905 manat оlan qaçaqmal, о cümlədən tüfəngə məxsus 6 ədəd patron, 9 ədəd tapança mərmisi, Rusiya valyutası, pirotexniki vasitələr, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 01 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















