Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

DTX nin Akademiyasının təşkilatçılığı ilə respublika elmi praktiki konfransı keçirilib

DTX nin Akademiyasının təşkilatçılığı ilə respublika elmi praktiki konfransı keçirilib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

May ayının 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) təşkilatçılığı ilə DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Heydər Əliyevin dövlət təhlükəsizlik siyasəti: tarixi nailiyyətlər və müasir çağırışlar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Xidmətdən APA-ya verilən məlumata görə tədbirdə DTX-nin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli və digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbər şəxləri və professor-müəllim heyətləri iştirak edib.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilib.

Konfransda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov giriş nitqi çıxış edərək DTX-nin rəisi general-polkovnik cənab Əli Nağıyevin adından qonaqları salamlamış və konfransda iştirak etdiklərinə görə təşəkkürünü bildirmişdir. General-mayor E.Nəsirov belə bir mötəbər tədbirin məhz Ulu Öndərin adını daşıyan Akademiyanın təşkilatçılığı ilə keçirilməsini təkcə təhlükəsizlik orqanlarında çalışan əməkdaşlar üçün deyil, bütövlükdə milli təhlükəsizlik sisteminin strateji mahiyyətini dərk edən hər bir şəxs üçün xüsusi rəmzi və ideoloji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizin milli maraqlarını əsas tutaraq təhlükəsizlik, müstəqillik, müasirlik və multikultural dəyərlər üzərində dayanan dövlət idarəçilik sistemini formalaşdırdığını qeyd edən natiq Ümummilli Liderin dövlət təhlükəsizliyi siyasətinin müxtəlif aspektlərini əhatə edən bu konfransın milli təhlükəsizlik siyasətinin elmi əsaslarla araşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıdığını bildirmişdir. E.Nəsirov qeyd etmişdir ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, konstitusion quruluşunun və ərazi bütövlüyünün qorunmasına xidmət edən təhlükəsizlik sisteminin hüquqi əsaslarını müəyyənləşdirdi. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malik sənəd olmuşdur. Bu Konstitusiya Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və hüquqi dövlət anlayışının əsasını təşkil edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın müasir hüquqi dövlət quruculuğu modelinin təkmilləşdirilməsi, suverenlik və təhlükəsizlik konsepsiyalarının daha da möhkəmləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bariz nümunəsidir. Onun əsasını qoyduğu təhlükəsizlik siyasəti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni siyasi müstəvidə uğurla davam etdirilir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər beynəlxalq hüququn bərpası və ədalətin təntənəsi kimi tarixə düşmüşdür. Bu tarixi Zəfərlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Birləşmiş Millətlər Təşkilatının otuz ilə yaxın kağız üzərində qalmış qətnamələri hərbi, diplomatik yollarla reallığa çevrildi. Bu müharibə və 2023-cü ilin sentyabrında həyata keşirilən lokal xarakterli antiterror əməliyyatı həm də informasiya manipulyasiyası, hibrid müharibə, kiber təhdidlər kimi yeni tipli təhlükələrlə mübarizədə Azərbaycanın təhlükəsizlik sisteminin çevik və müasir yanaşmalara əsaslandığını bir daha sübut etdi. Əminliklə qeyd edə bilərik ki, Ulu Öndərin şanlı peşəkarlıq məktəbini böyük qürur və fəxarət hissi ilə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti qarşısında qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi, müstəqilliyimizin əbədiliyi, Ulu Öndərin irsinin dərindən öyrənilməsi, dövlətçiliyimizin qorunması və daha da möhkəmlənməsi naminə bundan sonra da var qüvvəsilə çalışacaq, Vətənə sədaqətlə xidmət edəcək göstərilən yüksək etimadı öz xidməti ilə doğruldacaqdır.

Ardınca konfransda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Müstəqillik dövründə Azərbaycan Respublikasının konstitusion inkişafı” mövzusunda məruzə ilə çıxış etmişdir. Müstəqilliymiz bərpa olunan zaman demokratik quruluşu və qanununun alililiyini özünün başlıca məqsədi elan edən respublikamızın qarşısında duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın hazırlanması olduğunu qeyd edən natiq Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması ilə yanaşı müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edildiyini bildirmişdir. Z.Əsgərov qeyd etmişdir ki, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunmasının milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransda “Qlobal rəqəmsal transformasiyalar şəraitində Azərbaycan dövlətinin kibersuverenliyinin təmin olunması zəruriyyəti haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir. Bütün dünyada informasiya texnologiyalarının geniş tətbiq olunmasının bir çox məsələlərə yenidən baxmağı tələb etdiyini bildirən natiq ölkəmizdə də bununla bağlı çox mühüm işlər həyata keçirildiyini, həm dövlət səviyyəsində, həm özəl sektorda, həm də insanların şəxsi həyatında informasiya kommunikasiya texnologiyaları geniş tətbiq olunduğunu qeyd etmişdir. Akademik R.Əliquliyev vurğulamışdır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasəti əsasında informasiya kommunikasiya texnologiyalarını sistemli şəkildə, milli strategiyalar, dövlət proqramları çərçivəsində inkişaf etdirməyə başlamışdır. Bu istiqamətdə dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Heydər Əliyevin dövlət təhlükəsizliyi siyasəti” mövzusunda çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyəti haqqında ətraflı bəhs edərək bu orqanların milliləşdirilməsinin məhz dahi rəhbərin adı ilə bağlı olduğunu qeyd edib.

Konfransda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik konsepsiyasında daxili işlər orqanlarının rolu”, Qərbi Azərbaycan İcması İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti”, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutunun rektoru, general-mayor Arif Həsənov “Heydər Əliyevin hərb siyasəti” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəklinin çəkilməsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see257

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see211

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see197

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see161

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see153

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see153

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see131

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see131

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri