Icma.az
close
up
RU
Gəncədə “Aqrar islahatlar 30: Nailiyyətlər və perspektivlər” mövzusunda respublika elmi praktiki konfransı keçirilib

Gəncədə “Aqrar islahatlar 30: Nailiyyətlər və perspektivlər” mövzusunda respublika elmi praktiki konfransı keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə, 8 may, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Aqrar islahatlar 30: Nailiyyətlər və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov elmi-praktiki konfransın əhəmiyyətindən bəhs edib. O, 1990-cı illərin sonlarından etibarən həyata keçirilən aqrar islahatların Azərbaycan kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaratdığını vurğulayıb, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin strateji nəticələrindən danışıb. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin aqrar sektora diqqət və qayğısı sayəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına ADAU-nun maddi-texniki bazası yenidən qurulub, tədris korpusları əsaslı təmir və bərpa edilib, yeni korpuslar inşa olunub. Bu, universitetə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb. Son illərdə universitetin beynəlxalq reytinqlərdə irəliləməsi də ADAU-nun elmi və tədris potensialının artmasının göstəricisidir. “Webometrics” dünya universitetləri reytinqində bu ali təhsil müəssisəsi 2021-ci ildə 19-cu, 2022-ci ildə 14-cü, 2023-cü ildə 13-cü və 2024-cü ildə isə 12-ci yerə yüksəlib, 2025-ci ilin yanvar buraxılışına əsasən isə ölkə üzrə 35 ali təhsil müəssisəsi arasında 10-cu yerə və region universitetləri arasında ən yüksək mövqeyə sahib olub.

Konfransda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ötən 30 ildə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə qəbul edilən qərarlar, həyata keçirilən islahat və kompleks tədbirlər aqrar sahədə dayanıqlı inkişafın təməl prinsiplərini formalaşdırıb. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən rəhbərliyi nəticəsində bu sahədə atılan addımlar sonrakı illərdə kənd təsərrüfatında davamlı inkişaf üçün etibarlı zəmin yaradıb. Məcnun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Dövlət başçısının tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi aqrar islahatların həyata keçirilməsi məqsədilə genişmiqyaslı tədbirlər görür. Bu tədbirlər bütövlükdə fermerlərin rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov aqrar sahədə fəaliyyət göstərən KOB-ların inkişafı üçün yaradılan mexanizmlər, dövlət dəstəyi tədbirləri və yerli fermerlərin təşəbbüskarlığının stimullaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev regionda kənd təsərrüfatının inkişafı, infrastruktur layihələri və aqrar sahədə insan kapitalının gücləndirilməsi sahəsində həyata keçirilən layihələr barədə fikirlərini bölüşüb.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov son illər ərzində aparılan elmi-tədqiqat işləri və onların nəticələrinin praktik sahəyə inteqrasiyasına toxunub.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ümummilli Lider Heydər Əliyevin aqrar sahənin inkişafına verdiyi önəmdən bəhs edib, bu sahənin davamlı inkişafı üçün görülən işlərə diqqət çəkib.

Konfransdan sonra nazir Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti və tələbələrlə görüşüb. Görüş zamanı aqrar təhsilin inkişafı, müasir tələblərə uyğun kadr hazırlığı, elmi tədqiqatların təşviqi və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi məsələləri müzakirə olunub. Nazir Məcnun Məmmədov universitetin aqrar sahədə ixtisaslı mütəxəssis hazırlığında roluna toxunub, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, startap təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq təcrübə proqramlarında iştirak imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecinə baş çəkib, kadr hazırlığı prosesinin təşkili ilə maraqlanıb. Bildirilib ki, kollec aqrar sahədə müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə vəzifələrin icrasına imkan verən, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlayır.

Nazir, həmçinin ADAU-nun yenilənmiş mətbəəsi ilə də tanış olub, Biotexnologiya Mərkəzi üçün inşa edilən yeni istixanaya baş çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri