Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

DTX SEPAH ın Azərbaycandakı terror planını ifşa etdi: DETALLAR

DTX SEPAH ın Azərbaycandakı terror planını ifşa etdi: DETALLAR

Icma.az, Milli.az saytına istinadən bildirir.

Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların qarşısını alıb. Əhali arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcılar zərərsizləşdirilərək 3-cü şəxsə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xİdmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat axtarış tədbirləri təşkil edilib.

Milli.Az xəbər verir ki, məlum olub ki, İran vətəndaşları - Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb. İran vətəndaşı Zandkian Yaser Rahimin tapşırığı ilə Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 14 ünvanında yerləşən "Hamam Bath" sağlamlıq kompleksinin yaxınlığında qoyulmuş 1 ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı, içərisində yerin 6 metr dərinliyində olan obyektlərin, yəni, boru və ya digər konstruksiyalar, eləcə də beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kq 730 qram ağırlığında olan "C-4" partlayıcı maddənin olduğu aşkar edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicat Zaman oğlu ilə birlikdə avtomobil ilə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə onların Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.

Daha sonra SEPAH-la birbaşa əlaqələri olan - İran vətəndaşı Azarundbileh Hosein Savar Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində uzaqdan idarə olunan, "C-4" tipli 2 ədəd partlayıcı qurğu olub. Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Abdullayev Əsəd Tofiq oğlu gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat alındığından həmin halın təsbit edilməsi üçün saxlanc yeri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonrakı gün Rəşad Rüstəmov və Əsəd Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi, Bağlar massivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək bağlamanı Ə.Əbdullayevin yaşadığı evin yaxınlığında gizlətdikləri aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşlarının narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı, İslam İnqilabi keşikçiləri Korpusunun əlaqələndirici agentləri olduqları təsbit olunub.

Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasında terror-təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə saxladığı şəxslərin dairəsi müəyyən edilib. Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ dolları vəd edən İran vətəndaşı Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub. Eyni zamanda, S.Sheikhzadehin Azərbaycanda yaşayan yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında SEPAH-dan xüsusi tapşırıqlar aldığı məlum olub.

SEPAH tərəfindən bundan öncəki 3 partlayıcı qurğunun yeri etibar etdikləri şəxslərin təşəbbüskarlarla əlaqələrini kəsməsi səbəbindən müəyyən edilməyib. Buna görə də, İran vətəndaşı Hafez Tavassolinin təşəbbüsü ilə növbəti partlayıcı qurğunun keçirilməsi təmin edilib. Belə ki, paytaxtın Qaradağ rayonunda yerləşən Gəmiqayırma Zavodunun yaxınlığında 1 ədəd 1280 qram çəkidə partlayıcı qurğu müəyyən edilib. Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300 metr məsəfadədir. SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafez Tavassoli, Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb və qutunu özündə iki gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan bağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonrakı günlərdə həmin qutunu Masazır qəsəbəsində gizli yerə qoyub.

Xədicə Ağayeva 2 nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra, H.Tavassoliyə bu barədə məlumat verib. Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajjad Sheikhzadeh Moghaddam Sati Sofli Evadın tapşırığı ilə Əhmədov Elvin Bəhruz oğlu partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət evinin ətrafında gizlədib.

Eyni zamanda, İran vətəndaşı Hafez Tavassoli tərəfindən ictimai xadimin həyatına sui-qəsd edilməsi məqsədilə Azərbaycan vətəndaşı Şabanova Nərminə Ramiz qızı ilə əlaqə saxlanılıb və ictimai xadimin işlədiyi ünvana getməsi, həmin yerin, eləcə də sözügedən şəxsin fotoşəkillərinin çəkilməsi barədə tapşırıqlar verilib. Bununla yanaşı, Şabanova, SEPAH-dan ictimai xadimin öldürülməsi üçün 3-cü ölkə ərazisindən Azərbaycana göndərilmiş əcnəbi vətəndaşın qarşılanması, hoteldə yerləşdirilməsi və cinayəti törətmək məqsədilə silah və nəqliyyat vasitəsi tapmasına dair təlimat da alıb. Məhz bu məqamda İsmiyev Naib Ağaismi oğlu 80 000 manat müqabilində ictimai xadimi öldürə biləcəyini Nərminə Şabanovaya bildirib. Bununla əlaqədar, N.İsmiyev ictimai xadimin iş yerinə gedərək, cinayəti icra etməyi və icra etdikdən sonra hadisə yerindən qaçıb gizlənməyi planlaşdırmaq üçün mobil telefonu ilə həmin yerin videoçəkilişlərini aparıb və cinayətkar qrupun üzvü Nərminə Şabanovaya göndərib. Eyni zamanda, onlar cinayəti icra etmək məqsədilə odlu silah habelə digər alət və vasitələr axtarmaq və əldə etmək barədə sövdələşməklə ictimai xadimin həyatına sui-qəsd cinayətinə hazırlıq həyata keçiriblər.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş qabaqlayıcı təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan xüsusilə ağır cinayətlərin qarşısı alınıb. Belə ki, Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu törətdikləri əməlləri, eləcə də SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər.

Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik hərbi rütbəli Ali Asghar Bordbar Sherami olduğu aşkar edilib.

Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə terror-təxribat aktlarının təşkilində iştirakı müəyyənləşən İran vətəndaşları - Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber, Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan olunub.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməllərində iştirakları aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki, Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq), Əhmədov Elvin Bəhruz oğlu Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib.

Xarici xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikasında terror-təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin dairəsinin müəyyən olunması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Mart 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri