Icma.az
close
up
RU
Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı

Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb.

Axşam.az xəbər verir ki, o, bu barədə “Baku TV”yə açıqlamasında danışıb. Gövhər anasının övladı üçün çətinliklərə dözdüyünü və çox çalışdığını bildirib:

“Anam riskə gedən, övladı üçün çətinliyə dözən qadın olub. Anamı ancaq gecələr görürdüm. İşi ilə bağlı gec gəlirdi. Bəzən heç gecəni gözləyə bilmirdim, yatırdım. Ona görə də anamla xatirələrimiz azdır.

Anam mənə hamilə olanda da çox işləyib, səhnəyə bağlı olub. Çox çalışıb ki, özünə gün ağlasın. Anam 40 yaşında ailə həyatı qurub, 46 yaşında dünyasını dəyişib. Mənim məktəbə getdiyimi görə bilmədi. Onun nə evlilik, nə iş həyatında uğuru, yaxşı günü olmayıb”.

Gövhər valideynlərinin ayrıldığını və atasının ölənə qədər onunla əlaqəsinin olduğunu da qeyd edib:

“Atamla anam ayrılmışdı, amma atamla əlaqəm var idi. 2023-ci ildə atam vəfat etdi. Mən ana qayğısı görməmişəm. Nənəm və xalamla qalmışam. Nənəmi anam kimi sevmişəm.

Anam səhhətinə səhlənkar yanaşırdı. Müalicə ala-ala yenə səhnəyə çıxırdı. Saçları tökülmüşdü, pariklə səhnəyə çıxırdı. Bunları mənə xalam və nənəm danışırdı. Uşaq idim, dua edirdim ki, anam sağalsın, Allahım anamı alma. Dualarım qəbul olmadı. Nənəm yıxıldı, ayağı zədələndi. Xalam, övladları ona baxırdı. Nənəm rəhmətə getdi, toparlanmağa çalışdım. Universitetə imtahan verirdim, evə qayıdanda xalam vəfat etdi”.

Qeyd edək ki, Xanım Qafarova xərçəngdən əziyyət çəkirdi və 2014-cü ildə dünyasını dəyişib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://axsam.az
archiveBu xəbər 17 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri