Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib.
Axşam.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədən sonra saxlanılıb və altı gün sonra polis nəzarəti altında sərbəst buraxılıb. Hazırda onun barəsində Dubayda cinayət işi üzrə araşdırma aparılır.
Zeynəb BƏƏ-nin BMT-nin növbəti baş katibi vəzifəsinə namizədliyini irəli sürən naziri Lana Nüseybeyə müraciət edərək qızlarına qovuşmasına kömək etməsini istəyib. Bildirilib ki, nazirə ünvanlanan məktublar indiyədək cavabsız qalıb.
Zeynəbin hüquqlarını müdafiə edən beynəlxalq insan haqları üzrə vəkil Devid Heyq isə bildirib ki, Lana Nüseybeyin bir telefon zəngi ana ilə övladlarını yenidən bir araya gətirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 Noyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















