Icma.az
close
up
RU
Azərbaycan XİN rəsmisindən Mirzoyana

Azərbaycan XİN rəsmisindən Mirzoyana

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ayxan Hacızadə Mirzoyanın “Qərbi Azərbaycan İcması” ilə bağlı səsləndirdiyi iddialara cavab verib

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır”. AYNA xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı Qərbi Azərbaycan İcması ilə bağlı səsləndirdiyi iddialara dair şərhində yer alıb.

XİN rəsmisi bildirib ki, ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır: “Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur. Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib”.

“Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın “Qərbi Azərbaycan İcması” ifadəsindən istifadə olunmasını “beynəlxalq hüquq pozuntusu”, “ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini “erməniləşdirmək” və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir. Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını “600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib. Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur. Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz “Qərbi Azərbaycan İcmasının” üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər”, - Hacızadənin şərhində vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Yanvar 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri