Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.
Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700.60 karat brilyant qaşlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlandı Foto
03 İyul 2025 15:57
Bakı aeroportunda ƏMƏLİYYAT: Dubaydan gələn sərnişində nələr tapıldı?
25 İyul 2025 16:10
Dubaydan Bakıya gətirilən brilyant qaşlar gömrükdən buraxılmayıb
10 Oktyabr 2025 09:55
Dubaydan 5 milyonluq brilyant gətirən şəxs tutuldu
14 Fevral 2025 14:59
Baxış sayı:77
Bu xəbər 25 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















