Icma.az
close
up
RU
Duda İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər

Duda İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda olan Polşa prezidenti Andjey Dudanın səfər proqramında iki məqam diqqət çəkir.

1. Duda İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edir;

2. O, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə baş çəkəcək (27 noyabrda) və AB-nin müşahidə missiyasının fəaliyyəti ilə yerində tanış olacaq.

2025-ci ilin yanvarından etibarən AB Şurasının rəhbərliyi Polşaya keçəcək, Dudanın aktivliyi bundan qaynaqlanır. Hərçənd Bakı və İrəvana səfər arasında balansın pozulduğu amili mövcuddur. Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib.

AB-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarət planı birliyin Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır. Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var. Bunu İrəvan da istəyir, Brüssel də. Lakin missiyanın fəaliyyət müddətinin uzadılması üçün AB-də yekdil qərar verilməli - 27 üzv dövlətin hamısı eyni mövqedən çıxış etməlidir. Belə qərarın çıxma ehtimalı böyük olsa da, Brüssel və İrəvanda narahatlıq var.

- Azərbaycan müşahidə missiyasının müddətinin uzadılmasına qarşıdır: 2022-ci ildə Azərbaycan sərhədində fəaliyyətə başlayan missiyanın müddəti iki aylıq razılaşdırılsa da, daha sonra rəsmi Bakının mövqeyi nəzərə alınmadan müddəti uzadıldı;

- Rəsmi Bakının Brüsselə etirazı təkcə ritorika ilə yekunlaşmaya bilər: Macarıstan üzərindən yekdil qərarın çıxmasına qarşı praktiki addım atmaq imkanı var.

Mümkündür ki, AB-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib. İrəvan və Brüsselin bu məsələdə iki istiqamətdə işləyəcəyi ehtimalı görünür:

Birincisi, AB-də yekdil qərarın qəbul edilməsi üçün dipomatik fəaliyyəti genişləndirmək, qarşı çıxanlara (hədəfin Budapeşt ola bilməsi ehtimalı görünür) təzyiq etmək;

İkincisi, AB-də potensial etirazçıların fakt qarşısında qoyulması və yekdil qərarın əldə edilməsi üçün müşahidə missiyasının bölgədəki fəaliyyətinin vacibliyini əsaslandırmaq: Ermənistan-Azərbaycan sərhədində yeni bir esakalasiya, yaxud ən azı kiçikmiqyaslı olsa belə, toqquşma olarsa, missiyanın vacibliyində “qaçılmaz reallıq” ortaya çıxa bilər; bu kontekstdə Ermənistanın AB missiyasının müddətinin başa çatmasına qədər sərhəddə miqyasından asılı olmayaraq, təxribata əl ata biləcəyi istisna edilməyən ssenaridir. /axar.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Noyabr 2024 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri