Dudaktan Kalbe nin Kenanı: Evliliyə olan hörmətimi, inancımı itirdim
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Məşhur aktyor Burak Hakkı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, Armağan Çağlayannın "Gör Beni" proqramının qonağı olan Hakkı keçmiş həyat yoldaşı Sema Şimşek ilə olan evliliyindən danışıb.
Evlilik həyatına heç vaxt tam uyğunlaşa bilmədiyini etiraf edən aktyor, ayrılıq prosesi ilə bağlı bunları deyib:
"Evlilik məsələsini həll edə bilmədim. Evliliyə adaptasiya ola bilmədimmi deyim? Evliliyin bəzi şeyləri korladığına, köhnəltdiyinə inandığım üçün belə bir qərar verdim. Biz ayrılarkən evliliyə olan hörmətimi, inancımı itirdim də ayrıldım...".
Qeyd edək ki, Sema Şimşeklə Hakkı 7 il sevgili olduqdan sonra 2001-ci ildə ailə qurub. Onlar 2012-ci ildə boşanıb.
Cütlüyün bu evlilikdən 18 yaşında bir oğlu var.
Xatırladaq ki, Burak Hakkı "Dudaktan Kalbe" serialı ilə məşhurlaşıb. O ekran işində Hüseyin Kenan Gün obrazına həyat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















