Dünən qəzaya düşmüşdü, bu gün medal aldı Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün Qroznıda avtomobil qəzası keçirən Çeçenistan rəhbərinin köməkçisi və respublika Təhlükəsizlik Şurasının katibi Adəm Kadırov bu gün güc strukturlarının komandirləri ilə müşavirə keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov teleqram kanalında paylaşım edib.
Bildirilib ki, “AXMAT-Qroznı” OMON-un komandiri Anzor Bisayev “Rosenerqoatom” konserninin əmri ilə Adəm Kadırova “Atom stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərinə görə” qızıl medalını təqdim edib. Mükafatın gənc Kadırova Zaporojye AES-in mühafizəsinin təşkilindəki töhfələrinə görə verildiyi bildirilir.
Xatırladaq ki, dünən A. Kadırovun Qroznıda ağır avtomobil qəzasına düşməsi və vəziyyətinin kritik olması barədə məlumatlar yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 17 Yanvar 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















