Icma.az
close
up
RU
Dünəndən bu günə, bu gündən sabaha...

Dünəndən bu günə, bu gündən sabaha...

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Məlahət İBRAHİMOVA

1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur. O dövrdə ölkənin ictimai-siyasi vəziyyəti, dərin böhran, idarəetmə xaosu, separatçı təhdidlər və müharibə reallığı milli dövlətçiliyin məhv olmaq təhlükəsini gündəmə gətirirdi. Belə bir zamanda Azərbaycanın görkəmli ziyalılarının, ictimai-siyasi xadimlərinin təşəbbüsü ilə yeni siyasi qüvvənin yaradılması təkcə siyasi hadisə deyil, milli məsuliyyətin ifadəsi idi.

Ulu öndər Heydər Əliyevin təbirincə desək, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Bu tezis bu gün həm siyasi, həm ideoloji, həm də institusional mənada özünü tamamilə doğruldur.

Yeni Azərbaycan Partiyasının təsis edilməsi məhz Azərbaycanın ağır günlərinin doğurduğu zərurət idi. Dövlət institutları çökmüş, cəmiyyət ideoloji boşluğa düşmüş, dövlət idarəçiliyi dərin siyasi böhran yaşamışdı.

Bu şəraitdə Azərbaycan ziyalıları ölkəni xilas edə biləcək yeganə yolun təcrübəli, nüfuzlu və milli düşüncəli liderin – Heydər Əliyevin ətrafında siyasi birlik yaratmaq olduğunu dərk etdilər. Onların təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrini təmsil edən yüzlərlə nümayəndə yeni siyasi qüvvənin yaradılması üçün bir araya gəldi.

Yeni Azərbaycan Partiyası həmin dövr üçün dövlətçilik ideyasını qorumağı, milli maraqları müdafiə etməyi, ölkəni böhrandan çıxarmağı, real siyasi alternativ yaratmağı qarşısına məqsəd qoymuşdu. Bu baxımdan YAP-ın yaranması təkcə siyasi hadisə deyil, xalqın öz dövlətinə sahib çıxma iradəsinin ifadəsi idi.

Azərbaycanın müasir tarixində xüsusi yer tutan “91-lər”in müraciəti cəsarətin, milli iradənin və dövlətçilik məsuliyyətinin nümunəsi kimi qiymətləndirilir. Müraciəti imzalayan ziyalılar ölkədə baş verən proseslərin qarşısını almağın, milli parçalanmanın dərinləşməsinin, dövlət idarəçiliyindəki xaosun aradan qaldırılmasının yeganə yolunu Heydər Əliyevin siyasi səhnəyə qayıdışı kimi görürdülər.

Ulu öndər Heydər Əliyev müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını “obyektiv zərurət” adlandırmış və bildirmişdi ki, belə bir siyasi təşkilat müstəqil dövlətin möhkəmləndirilməsində tarixi rol oynaya bilər. Şübhəsiz ki, tarix bu uzaqgörən fikrin doğruluğunu tam sübut etdi.

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilmiş və ölkənin bütün bölgələrindən olan 550 nümayəndəni birləşdirmişdir. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edilmiş, Nizamnamə və Proqram təsdiqlənmiş, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmiş, Siyasi Şura və İdarə Heyəti formalaşdırılmışdır. Bu tarixi qərar müstəqil Azərbaycan dövlətinin taleyini dəyişən prosesin əsasını qoydu. YAP-ın yaranması ilə ölkədə siyasi sistemin yenidən qurulması, dövlət institutlarının bərpası və milli ideyanın möhkəmlənməsi üçün real əsas formalaşdı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Yeni Azərbaycan Partiyası çox qısa zaman ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. YAP-ın əsas fərqləndirici cəhətləri bunlar idi: dövlətçilik ideologiyasına sadiqlik, xalqla birbaşa əlaqə, konstruktiv siyasi dialoq, peşəkar idarəetmə və siyasi məsuliyyət, demokratik prinsiplərə uyğun fəaliyyət.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, YAP həqiqətən də “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi. Partiyanın güclü institusional strukturu və liderlik fəlsəfəsi onun ölkədə sabitliyin təmin edilməsində və inkişaf strategiyasının formalaşmasında həlledici rolunu möhkəmləndirdi.

Yeni Azərbaycan Partiyası yaranan gündən ölkədə milli həmrəyliyin gücləndirilməsi, sabitliyin və davamlı inkişafın təmin edilməsi yönündə fəaliyyət göstərir. YAP irqi, dini, etnik mənsubiyyətdən, dilindən, cinsindən, əqidəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını ümummilli ideya ətrafında birləşdirən siyasi qüvvədir. Bu gün 740 mindən artıq üzvü ilə YAP Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır.

2005-ci ildə keçirilmiş III qurultayda Prezident cənab İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələ yaratdı. Prezident cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə zənginləşdirərək partiyanın dövlət idarəçiliyindəki rolunu daha da gücləndirdi.

Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi sahədə tarixi nailiyyətlər əldə etmiş, ordu quruculuğunda dönüş yaratmış, diplomatiyada qlobal fəal tərəfdaşa çevrilmiş, işğal altında olan torpaqlarını azad etmişdir. Bu uğurlar YAP-ın siyasi xəttinin real nəticələrinin bariz göstəricisidir.

5 mart 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın institusional inkişafında mühüm mərhələ oldu. Bu qurultayda yeni Nizamnamə qəbul edildi, partiya rəhbərliyi yeniləndi, Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini seçildi, 40 nəfərlik İdarə Heyəti və Təftiş Komissiyası təsdiq olundu, partiyanın yeni Proqramı işlənib hazırlandı. Yeni Proqram YAP-ın siyasi dəyərlər sistemini, prinsip və hədəflərini, müasir çağırışlara uyğun strateji xəttini müəyyənləşdirir.

Proqramda yer alan 10 strateji istiqamət partiyanın ideoloji özəyini təşkil edir: Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv dialoq, Sosial ədalət, Multikulturalizm və Demokratik ənənələr. Bu istiqamətlər YAP-ın həm cəmiyyət, həm dövlət, həm də institusional idarəçilik üçün müasir siyasi model yaratmaq gücünü təsdiq edir.

YAP-ın siyasi sistemdəki ən vacib missiyalarından biri ölkədə sağlam siyasi mühitin formalaşdırılmasıdır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ümummilli məsələlərdə fərqli fikir ola bilməz”. Bu prinsip əsasında YAP siyasi dialoqu təşviq edir, milli həmrəyliyi gücləndirir, dövlətçilik maraqlarını üstün tutur.

VII qurultayın qərarları göstərdi ki, YAP iqtidar-xalq modelinin real işlənməsinə nail olmuş və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına liderlik etmişdir. YAP-ın Azərbaycan siyasi sistemindəki nüfuzu son seçkilərin nəticələrində bir daha təsdiqini tapmışdır: 2024-cü il Prezident seçkilərində partiyanın lideri İlham Əliyev 92,12 faiz səslə qalib olmuşdur, 2024-cü il Milli Məclis seçkilərində YAP 68 deputat yeri əldə etmişdir, 2025-ci il bələdiyyə seçkilərində YAP yerli özünüidarəetmə orqanlarında yüksək nəticə qazanmışdır. Bu göstəricilər xalqın YAP-a və onun liderinə olan yüksək etimadının real ifadəsidir.

21 noyabr 1992-ci il tarixi təkcə bir partiyanın təsisi deyil, Azərbaycanın siyasi müstəqilliyinin, milli təhlükəsizliyinin və dövlətçiliyinin qorunması istiqamətində başlanmış böyük prosesin əsasını qoydu. Yeni Azərbaycan Partiyası ötən 32 ildə: müstəqil dövlət quruculuğunun dayağına, cəmiyyətin aparıcı siyasi qüvvəsinə, Azərbaycanın regional və beynəlxalq maraqlarını təmin edən siyasi sistemin əsas sütununa çevrilmişdir.

Bu gün YAP həm siyasi, həm ideoloji, həm də milli dövlətçilik fəlsəfəsinin daşıyıcısı kimi Azərbaycanı yeni zirvələrə aparan yeganə real siyasi qüvvədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri