Icma.az
close
up
RU
Üçrəngli bayrağımız: dünəndən bu günə, bu gündən əbədiyyətə ŞƏRH

Üçrəngli bayrağımız: dünəndən bu günə, bu gündən əbədiyyətə ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

“Bayraq” sözünün özündə bir xalqın tarixi, dövlətçilik ənənələri, azadlıq arzusu, milli kimliyi və Vətən sevgisi yaşayır. Azərbaycan xalqı üçün üçrəngli bayraq isə bütün bu dəyərlərin vahid rəmzidir. Göy, qırmızı və yaşıl rənglərin üzərində qərar tutan aypara və səkkizguşəli ulduz Azərbaycanın müstəqilliyini, milli-mənəvi dəyərlərini və dövlətçilik ideallarını özündə əks etdirir. Hər il 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli dövlətçilik tarixində üçrəngli bayrağın yerini və əhəmiyyətini bir daha xatırlamaq, bu müqəddəs rəmzə olan ehtiramımızı ifadə etmək baxımından böyük önəm daşıyır.

Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu hadisə Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, xalqımızın milli istiqlal ideyasının dövlət rəmzində təcəssümünü ifadə edirdi. Üçrəngli bayrağın rəngləri böyük məna daşıyırdı. Göy rəng türkçülüyü, qırmızı rəng müasirlik və tərəqqi ideyalarını, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edirdi. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduz da milli-mənəvi dünyagörüşümüzün mühüm simvollarındandır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul edildi. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi müasir Azərbaycan Respublikasında davam etdirildi. Bu gün üçrəngli bayraq Azərbaycan Respublikasının əsas dövlət rəmzlərindən biridir. Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini təcəssüm etdirir. Bayraq dövlət qurumlarının binalarında, diplomatik nümayəndəliklərdə, hərbi hissələrdə, beynəlxalq tədbirlərdə və müxtəlif rəsmi mərasimlərdə dalğalanaraq Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya nümayiş etdirir.

Bayraq yalnız parça üzərindəki rənglərdən və simvollardan ibarət deyil. O, xalqın milli kimliyinin görünən ifadəsidir. Azərbaycan bayrağına baxarkən tariximizi, milli mübarizəmizi, müstəqillik uğrunda aparılan mübarizəni və dövlətçilik ənənələrimizi görürük. Bu bayraq Azərbaycan xalqının birlik və həmrəylik rəmzidir. Üçrəngli bayraq həm də Vətən anlayışının simvoludur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirən əsas mənəvi dəyərlərdən biri məhz Azərbaycan bayrağıdır.

2020-ci ildə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Azərbaycanın üçrəngli bayrağı illər sonra Qarabağın şəhər və kəndlərində yenidən ucaldıldı. Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanması xalqımız üçün misilsiz qürur mənbəyinə çevrildi. Bu bayraq həmin torpaqların Azərbaycan olduğunu, milli iradənin və tarixi ədalətin qalib gəldiyini bütün dünyaya nümayiş etdirən ən böyük rəmzlərdən biridir. Şuşanın azadlığından sonra şəhərin üzərində dalğalanan üçrəngli bayraq Zəfərin simvoluna çevrildi. Bu mənzərə illərlə torpaq həsrəti ilə yaşayan milyonlarla insan üçün unudulmaz qürur anı oldu.

Bu gün Azərbaycan bayrağı yalnız ölkə ərazisində deyil, dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq tədbirlərdə də dalğalanır. İdmançılarımızın qələbələrində, diplomatik uğurlarımızda, beynəlxalq tədbirlərdə və milli bayramlarda üçrəngli bayrağımız Azərbaycanın adını və şərəfini təmsil edir. Azərbaycanın artan beynəlxalq nüfuzu üçrəngli bayrağımızın da dünyada daha geniş tanınmasına imkan yaradır. Bayrağımızın hər dalğalanışı xalqımıza yeni qürur yaşadır. Çünki bayraq dalğalanırsa, deməli, dövlət var.

Hər bir azərbaycanlı üçün üçrəngli bayraq müqəddəsdir. O, bizim keçmişimizdən gələn, bu günümüzü ifadə edən və gələcəyimizə yol göstərən milli rəmzimizdir. 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə üçrəngli bayrağımız qarşısında bir daha ehtiramla baş əyir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edirik. Qoy onun üç rəngi Azərbaycanın müstəqilliyini, milli birliyini və əbədi dövlətçiliyini daim dünyaya nümayiş etdirsin!

Araz Xudadanov

YAP Sabunçu rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri