Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Azərbaycan Konstitusiyası dünəndən bu günə ŞƏRH

Azərbaycan Konstitusiyası dünəndən bu günə ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”

— Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Dövlətlərin inkişaf dastanında elə tarixi dönüş nöqtələri olur ki, onlar cəmiyyətin gələcək taleyini onilliklər və əsrlər üçün müəyyən edir. Müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi tarixində 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi — referendum məhz belə bir misilsiz dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu və konseptual xarakter daşıyan yuxarıdakı fikirləri müstəqil dövlətimizin ilk Əsas Qanununun malik olduğu böyük tarixi, siyasi və hüquqi dəyəri tam dolğunluğu ilə diqqətə çatdırır. Dövlət başçımızın vurğuladığı kimi, bu sənəd təkcə bir hüquqi çərçivə deyil, Azərbaycanın müasir, demokratik, dünyəvi və hüquqi dövlət kimi təşəkkül tapmasının əsas zəmanətçisi, inkişafımızın strateji xəritəsidir.

XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti dərin siyasi, sosial-iqtisadi böhranlar, vətəndaş müharibəsi təhlükəsi və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Ölkədə hüquqi xaosun hökm sürdüyü bir şəraitdə dövlətçilik institutlarını bərpa etmək və gələcəyə inamla baxmaq üçün ilk növbədə möhkəm hüquqi bünövrəyə ehtiyac var idi. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdikdən sonra bilavasitə öz rəhbərliyi ilə yeni Konstitusiya Komissiyasını formalaşdırdı. Ulu Öndərin müəllifliyi, gərgin əməyi və siyasi iradəsi sayəsində ərsəyə gələn bu tarixi sənəd xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini və milli-mənəvi dəyərlərini beynəlxalq hüququn ən mütərəqqi prinsipləri ilə birləşdirərək müasir Azərbaycanın hüquqi pasportunu yaratdı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1995-ci il Konstitusiyası Azərbaycan xalqının müasir, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsinə keçidini rəsmən təsbit etdi. Sənədin 158 maddəsindən 48-nin — yəni üçdə birinin birbaşa insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunması Azərbaycanın insan hüquqlarının aliliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir. Qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin ayrılığı prinsipinin dəqiq müəyyən edilməsi, fikir, söz, vicdan azadlığının, mülkiyyət toxunulmazlığının hüquqi təminat altına alınması ölkəmizdə demokratik cəmiyyətin formalaşmasına güclü təkan verdi. Eyni zamanda, bazar iqtisadiyyatı prinsiplərinin təsbit olunması Azərbaycanın iqtisadi tərəqqisini və xarici investisiyaların ölkəyə axınını təmin edən etibarlı zəmin yaratdı.

Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son iyirmi ildən artıq dövrdə Konstitusiyanın ruhuna sadiq qalaraq böyük inkişaf yolu keçmişdir. Zamana və müasir çağırışlara uyğun olaraq keçirilən referendumlar (2002, 2009 və 2016-cı illər) Əsas Qanunumuzun təməl prinsiplərini daha da möhkəmləndirmiş, insan hüquqlarının müdafiə mexanizmlərini genişləndirmiş və dövlət idarəçilik sisteminin operativliyini artırmışdır. Bu islahatlar Azərbaycanın dinamik inkişaf edən, güclü iqtisadiyyata və milli həmrəyliyə malik müasir dövlətə çevrilməsində həlledici rol oynamışdır.

Bu gün Azərbaycan Respublikası öz tarixinin ən şanlı və qüdrətli mərhələsini yaşamaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmişdir. Bu tarixi nailiyyət 1995-ci ildə Ulu Öndər tərəfindən təməli qoyulmuş dövlətçilik fəlsəfəsinin tam təntənəsidir. Artıq Azərbaycan Konstitusiyası ölkəmizin hər bir guşəsində — Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və bütün Qarabağda öz hüquqi qüvvəsini birmənalı şəkildə təmin edir.

Yekun olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər reallıqları Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın nə qədər sarsılmaz və uzaqgörən bir sənəd olduğunu bir daha sübut etdi. 1995-ci il Konstitusiyası Azərbaycan xalqının azad, firavan və təhlükəsiz gələcəyinə, hüquqi dövlət quruculuğunun daha da dərinləşməsinə xidmət edən etibarlı və daimi bir bələdçi olaraq qalacaqdır.

Arzu İsmayılova

YAP Ordubad rayon təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri