Dünya Bankı: 2025 2027 ci illərdə Azərbaycanda iqtisadi artım 2% ə yaxın olacaq
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanda iqtisadi artımın 2025–2027-ci illər arasında orta hesabla 1.7% səviyyəsində qalacağı proqnozlaşdırılır".
“APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankından bildirilib.
Qeyd edilib ki, bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerji qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuruna bağlı olacaq.
Vurğulanıb ki, ölkəyə investisiya səviyyələri ÜDM-in təxminən son illərdə 20%-dək hissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin azalması fonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəl investisiyalar əsasən daxilə yönəlmiş sahələrdə — məsələn, tikinti — cəmlənib.
Özəl sektorun potensialından faydalanmaq üçün hesabat struktur islahatlarının vacibliyini vurğulayır. Bu islahatlar siyasət sabitliyinin artırılması, bərabər rəqabət mühitinin təkmilləşdirilməsini, maliyyə resurslarına çıxışın genişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Oktyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















