Icma.az
close
up
RU
Dünya Bankı 2025 ci il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı 2025 ci il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Dünya Bankı (DB) Azərbaycanda iqtisadi artımı 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.

“Report” DB-nin Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə həsr olunmuş "Sahibkarlıq, texnologiya və innovasiyaların tətbiqi vasitəsilə artımın sürətləndirilməsi" adlı hesabatına istinadən xəbər verir ki, 2025-ci il üçün gözləntilər yanvar proqnozu ilə müqayisədə 0,1 faiz bəndi azaldılıb. 2026-cı il üçün proqnoz dəyişməz qalıb.

Beləliklə, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2025-2026-cı illərdə orta illik artımını 2,5 % səviyyəsində qiymətləndirir.

Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi fəallığın yavaşlayacağını gözləyir: 2024-cü ildə 5,7 % artımdan sonra 2025-ci ildə 3,6 %-ə, 2026-cı ildə isə 3,4 %-ə qədər azalma proqnozlaşdırılır.

2025-2026-cı illərdə Cənubi Qafqaz ölkələrində orta illik artım 3,5 % səviyyəsində gözlənilir ki, bu da ötənilki səviyyədən təxminən 2 faiz bəndi aşağıdır. Hesabatda qeyd olunub ki, bu, Ermənistan və Gürcüstanda daxili tələbatın, ticarətin və pul köçürmələrinin sabitləşməsi, həmçinin Azərbaycanda neft hasilatının azalması fonunda artım templərinin yavaşlaması ilə əlaqədardır.

2024-cü ildə regionun bir sıra ölkələrində fiskal vəziyyət birdəfəlik amillər səbəbindən pisləşib. Ermənistanda büdcə kəsiri sosial xərclərin artması fonunda ÜDM-in 3,5 %-nə qədər artıb. Qazaxıstanda kəsir daşqınların nəticələrinin aradan qaldırılması və sosial proqramlara çəkilən xərclər, həmçinin neft gəlirlərinin azalması səbəbindən artıb. Azərbaycanda büdcə profisiti neft gəlirlərinin azalması və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri çərçivəsində xərclərin artması nəticəsində iki dəfə - ÜDM-in 4,1 %-nə qədər azalıb.

"Daxili maliyyə bazarları daha çox inkişaf etmiş ölkələrin, o cümlədən daha yüksək kredit reytinqləri ilə təmin edilən və maliyyə resurslarına ehtiyacı olan Azərbaycan, Qazaxıstan və Serbiya kimi region dövlətləri daha böyük fiskal məkana malikdir ki, bu da hökumətlərə özəl investisiyaları və kreditləşməni məhdudlaşdırmadan borclanmanı artırmağa imkan verir", - hesabatda bildirilib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozu daha yüksəkdir: ÜDM-in artımı 2025-ci ildə 3,7 %, 2026-cı ildə isə 3,2 % səviyyəsində gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlidir. “S&P Global” ildə 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's” isə hər il 2,5 % artım gözləyir.

Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə iqtisadi artımı 3 %, 2026-cı ildə 2,5 %, Beynəlxalq Valyuta Fondu isə müvafiq olaraq 3,5 % və 2,5 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankının proqnozlarına görə, 2025-ci ildə iqtisadi artım 2,7 %, 2026-cı ildə 2,4 % təşkil edəcək, Asiya İnkişaf Bankı isə bu göstəriciləri müvafiq olaraq 3,4 % və 3,3 % səviyyəsində proqnozlaşdırır. Niderlandın “ING Group”u 2025-ci ildə ÜDM-in artım tempini 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, 2025-ci ilin birinci rübündə isə artım tempi cəmi 0,3 % təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Aprel 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri