Icma.az
close
up
RU
Dünya Bankı Bakıda Dünyanın İnkişafı haqqında Hesabat ını təqdim edir

Dünya Bankı Bakıda Dünyanın İnkişafı haqqında Hesabat ını təqdim edir

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Dünya Bankı Bakıda 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report - WDR) təqdimatını keçirir.

"Report" xəbər verir ki, Hesabat əsasında regional təhlili onun əsas müəllifləri, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı təqdim edir.

WDR 1978-ci ildən bəri Dünya Bankının nəşr etdiyi illik hesabatdır. Hər bir WDR iqtisadi inkişafın müəyyən bir aspekti haqqında dərin təhlili təqdim edir. Hesabatlar Bankın inkişaf haqqında baxışlara ən tanınmış töhfəsidir.

Son 50 ilin dərslərinə əsaslanaraq, “2024-cü il üzrə Dünya İnkişafı haqqında Hesabat: Orta Gəlir Tələsi” müəyyənləşdirir ki, ölkələr zənginləşdikcə adətən ABŞ-ın adambaşına ümumi daxili məhsulunun 10 %-i səviyyəsində bir "tələyə" düşür - bu gün üçün bu rəqəm 8 000 ABŞ dollar ekvivalentindədir. Bu, Dünya Bankının "orta gəlirli" ölkələr kimi təsnif etdiyi ölkələr qrupunun təxminən orta adambaşına ÜDM-ə bərabərdir. WDR inkişaf etməkdə olan iqtisadiyyatların "orta gəlir tələsi"ndən qurtulmaq üçün nələri edə biləcəyini müəyyən edir. 1990-cı illərdən bəri yalnız 34 orta gəlirli iqtisadiyyat bu uğura nail olub. 2023-cü ilin sonunda qalan 108 ölkə "orta gəlir tələsi"ndə ilişib qalıb. 1970-ci ildən bəri orta gəlirli ölkələrin adambaşına düşən orta gəliri heç vaxt ABŞ-ın göstəricisinin 10 %-dən yuxarı qalxmayıb.

Bugünkü mühitdə yüksək gəlir statusuna çatmaq daha da çətin olacaq – səbəblər sırasında inkişaf etməkdə olan ölkələrdə yüksək borc və yaşlanan əhali, inkişaf etmiş iqtisadiyyatlarda isə artan proteksionizmi qeyd etmək olar. "Dünyanın İnkişafı haqqında Hesabat"ın 2024-cü il buraxılışında bütün inkişaf etməkdə olan iqtisadiyyatların orta gəlir tələsindən necə qurtula biləcəyi izah edilir.

Hesabat ölkələrin yüksək gəlir statusuna çatması üçün "3i strategiyası"nı təklif edir. İnkişaf mərhələlərinə görə, bütün ölkələr ardıcıl və getdikcə daha mürəkkəb siyasət qarışığını tətbiq etməlidirlər. Aşağı gəlirli ölkələr yalnız investisiyaları artırmağa yönəlmiş siyasətlərə fokulana bilərlər – bu, birinci “i” mərhələsidir. Lakin aşağı-orta gəlir statusuna çatdıqdan sonra, onlar sürəti artırmalı və ikinci “i” mərhələsinin siyasətklərinə keçməlidirlər. Bu mərhələ investisiya infuziyadan, yəni xaricdən texnologiyaların qəbul edilməsi və onların iqtisadiyyata yayılmasından ibarədir. Yuxarı-orta gəlir səviyyəsində çatdırdan sonra ölkələr yenidən sürəti dəyişməli və sonuncu, üçüncü “i” mərhələsinə keçməlidirlər: investisiya, infuziya və innovasiya. İnnovasiya mərhələsində ölkələr artıq ideyaları qlobal texnologiya liderlərindən borc almırlar - onlar sərhədləri irəli aparırlar.

Digər tərəfdən, orta gəlirli ölkələr yaradıcı, saxlayıcı və məhvedici qüvvələr arasında balanssızlıqdan əziyyət çəkirlər. Yaradıcı qüvvələr zəifdir, saxlaycı qüvvələr güclüdür və məhvedici qüvvələr tərəfindən geri çəkilir. Buna görə də orta gəlirli ölkələr bu qüvvələri balanslaşdırmalıdırlar. Bu o deməkdir ki:

Vəziyyəti olduğu kimi saxlamağa meylli olan qüvvələri zəiflətmək üçün qərar verənlər intizamlı olmalı; Yaradıcı qüvvələri gücləndirmək üçün müsbət təsir göstərən və istedad, kapital və enerjidən səmərəli istifadəni təmin edən fəaliyyətlər mükafatlandırılmalı; Böhranlardan istifadə edərək köhnəlmiş siyasət və institutların məhv edilməsinə şərait yaradılmalıdır.

Bu prinsiplər orta gəlirli ölkələrə iqtisadi artımı davamlı saxlamaq üçün investisiya, infuziya və innovasiya qarışığını davamlı olaraq yenidən tənzimləməyə kömək edə bilər.

"Azərbaycan yüksək gəlir statusuna çatmağa can atan yuxarı-orta gəlirli ölkə olduğundan, müzakirənin ölkə üçün xüsusilə əhəmiyyətli olacağını güman edirik. Bu, iqtisadi qərarların qəbulunda iştirak edənlərə Azərbaycanın iqtisadi inkişaf haqqında yeni ideyaların mübadiləsi aparmaq və öyrənilən dərsləri bölüşmək, həmçinin WDR-nin nəticələrini və gələcək siyasətlərin formalaşdırılmasında onun əhəmiyyətini əks etdirmək imkanı verəcək", - deyə hesabatda qeyd olunub.

Foto: Mircavid Eminoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri