Dünya Bankı ilə kənd təsərrüfatı və suvarma sahəsində yeni layihə müzakirə olunub
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Dünya Bankının Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı və suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, o cümlədən “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlanması, təsdiqi və icra mexanizmləri müzakirə olunub. Qeyd olunub ki, bu təşəbbüs prioritet suvarma sxemləri və fəaliyyətlərinə xüsusi diqqət yetirməklə Azərbaycanın kənd təsərrüfatı sektorunun məhsuldarlığını, dayanıqlığını və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
A. Kərimov bildirib ki, aqrar sahənin modernləşdirilməsi, suvarma infrastrukturunun səmərəliliyinin artırılması, iqlim dəyişikliklərinə uyğun kənd təsərrüfatı texnologiyalarının tətbiqi və qida təhlükəsizliyinin gücləndirilməsi hökumətin əsas prioritetlərindəndir.
Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın son illərdə kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, CRAIS layihəsinin kənd təsərrüfatı sektorunun dayanıqlılığının artırılmasına, kənd yerlərində iqtisadi fəallığın və məşğulluğun dəstəklənməsinə xidmət edəcəyini ifadə edib.
Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 12 Noyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















