Icma.az
close
up
RU
Dünya Bankından açıqlama: COP29 da əldə edilmiş razılaşma...

Dünya Bankından açıqlama: COP29 da əldə edilmiş razılaşma...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

2030-cu ilə qədər qlobal dekarbonizasiyanın dəstəklənməsi, iqlim dəyişikliyinin nəticələrinə, o cümlədən ekstremal hava hadisələrinə qarşı dayanıqlığın artırılması, təbiətin və biomüxtəlifliyin qorunması üçün hər il 6,3-6,7 trilyon ABŞ dolları investisiya tələb olunacaq.

Globalinfo.az bildiriri ki, “Report” bu barədə Dünya Bankına istinadən xəbər verir.

Qurumun qiymətləndirmələrinə görə, bunun təxminən 2,4 trilyon ABŞ dolları Çin istisna olmaqla, inkişaf etməkdə olan bazarlara və iqtisadiyyatlara yönəldilməlidir.

Dünya Bankı hesab edir ki, investisiyaların bu miqyasda artımının təmin edilməsi hökumətlərdən 800-900 milyard ABŞ dolları, özəl sektordan 1-1,18 trilyon ABŞ dolları, beynəlxalq və çoxtərəfli mənbələrdən 490-610 milyard ABŞ dolları əlavə maliyyə resurslarının cəlb edilməsini tələb edəcək.

Bank qeyd edir ki, dövlətlər üçün əsas amil effektiv vergi siyasəti və dövlət maliyyəsinin strateji qaydada idarə edilməsi hesabına əlavə gəlirlərin səfərbər edilməsi olacaq ki, bu da inkişaf prioritetlərinin həyata keçirilməsi üçün zəruri fiskal məkanın yaradılmasına imkan verəcək.

Qurum vurğulayıb ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilmiş Beynəlxalq karbon bazarları haqqında saziş ölkələrin bu bazarlarda iştirakının genişləndirilməsində mühüm rol oynaya bilər. Karbon qiymətqoyma dövlət gəlirlərinin formalaşmasına kömək edərkən, karbon kreditləri bazarları özəl kapitalı səfərbər etmək və dövlət maliyyəsini istiqamətləndirmək qabiliyyətinə malikdir.

Dünya Bankı hesab edir ki, karbon bazarları istixana qazı emissiyalarının azaldılmasına yönəlmiş layihələrə özəl investisiyaların cəlb edilməsi mexanizmi kimi xidmət etmək potensialına malikdir. Bu təşəbbüslərə xüsusilə meşələrin bərpası və aşağı gəlirli ölkələrdə əlçatan aşağı karbonlu texnologiyaların tətbiqi daxildir.

2024-cü ilin I rübündən III rübünə qədər qlobal miqyasda yeni karbon kreditləri layihələrinin hazırlanmasına təxminən 14 milyard ABŞ dolları cəlb edilib. Vəsaitin böyük hissəsi karbon qazı tullantılarının azaldılması ilə bağlı təbiətyönümlü layihələrin payına düşüb.

Bank vurğulayır ki, COP29-da əldə edilmiş razılaşma Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon kreditlərinin transsərhəd ötürülməsi qaydalarına aydınlıq gətirib. Bu razılaşmadan sonra diqqət praktiki icraya, institusional və normativ bazanın formalaşdırılmasına yönəlib.

COP29-da Paris Sazişinin 6.2 və 6.4 maddələri üzrə yekun qaydalar təsdiqlənib ki, bu da karbon kreditlərinin beynəlxalq ticarəti üçün hüquqi və əməliyyat müəyyənliyini təmin edib.

Eyni zamanda, Paris Sazişinin yeni kredit mexanizminin (PACM) əsas standartları, o cümlədən karbon emissiyasının azaldılması üzrə layihələr və metodologiyalar, 2025-ci ilin fevralında isə sistemin tam işə salınmasına qədər kreditlərin verilməsi və qeydə alınmasına imkan verən müvəqqəti PACM reyestri təsdiq edilib.

Gələcəkdə karbon kreditləri ilə bağlı təklif Təmiz İnkişaf Mexanizmi (CDM) layihələrinin PACM-a keçidi hesabına formalaşacaq, belə layihələrin sayı təxminən 1 500-dür. Bu, həm də geniş coğrafi müxtəlifliyi, o cümlədən Saxaradan cənubda yerləşən Afrika ölkələrinin fəal iştirakını nümayiş etdirən 1 000-dən çox yeni təşəbbüs hesabına mümkün olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri