Rusiya TDT yə əlavə güc qata bilməz, əksinə onu dağıdar
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Rusiyanın Türk Dövlətləri Təşkilatına Rusiyanın da qoşulması təşəbbüsü normal məntiqə əsaslanmır. Rusiyanın bu təşkilata qoşulması nəinki TDT-nin gücünə əlavə güc qatmış olar, əksinə onu dağıdar".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin "Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşkilatın Rusiya ilə əməkdaşlığını genişləndirməyi təklif etməsi və Moskvanın "TDT+" formatına qoşula və ya müşahidəçi statusunu ala biləcəyi barədə fikirlərinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, Rusiya hər zaman Türk dünyasının birlik və bərabərliyinə, həmrəyliyinə, bu ölkələrin bir platforma altında birləşməsinə qarşı çıxıb:
"Moskva təkcə sözdə deyil, əməldə də eyni məntiqə, siyasətə sadiq qaldığını sübuta yetirib. Bu cür siyasət yürüdən, Türk birliyi ideyasına qarşı olan bir ölkənin Türk Dövlətləri Təşkilatına qoşulması xeyirdən çox, zərər verə bilər".
Arzuman Muradlı onu da deyib ki, Rusiya normal təfəkkürlə, qonşularla qarşılıqlı faydalı əməkdaşlığa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşsa, əslində onun da Türk Dövlətləri Təşkilatında təmsilçiliyi, yaxud müşahidəçi statusu qazanması normal olar:
"Çünki Rusiyanın ərazisinin böyük bir hissəsi türk xalqları və muxtar qurumlarından ibarətdir. Ancaq təəssüf ki, Moskva hər zaman həmin muxtar qurumlara, xalqlara qarşı xoş münasibət bəsləməyib, onları sıxmağa, təzyiq altında saxlamağa çalışıb. Ona görə də hesab edirəm ki, Rusiyanın bu məntiqi təfəkkürü dəyişməyənə qədər Moskvanın hansısa formada TDT-yə qoşulması absurddur".
Süleyman
Bu mövzuda digər xəbərlər:Müharibə göstərdi ki, Rusiya məğlubedilməz deyil, əksinə...
14 Fevral 2026 18:38
Zelenski: Rusiya eskalasiyanın tempini azaltmır, əksinə genişləndirir
21 Sentyabr 2026 11:58
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır KONKRET
08 Sentyabr 2026 15:45
Rusiyada Dolina effekti əksinə işləyir
04 Dekabr 2025 07:57
Sutka qısalmırmış, əksinə, uzanırmış İDDİA
05 İyun 2026 15:08
Baxış sayı:112
Bu xəbər 31 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















