Dünya bazarında neftin son qiyməti
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə münaqişənin daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri çərşənbə günü kəskin artdıqdan sonra cümə axşamı səhər saatlarında bir qədər geriləyib.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında noyabr ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0,33 dollar və ya 0,33% azalaraq bir barel üçün 100,88 dollara düşüb.
Çərşənbə günü Brent markalı neftin qiyməti 3,29 dollar və ya 3,4% artaraq bir barel üçün 101,21 dollara yüksəlib.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,09 dollar və ya 0,09% azalaraq bir barel üçün 95,96 dollar təşkil edib. Əvvəlki sessiyada WTI-nin qiyməti 3,02 dollar və ya 3,25% artaraq 96,05 dollara yüksəlib.
Hər iki əsas neft markası çərşənbə günü ticarəti mayın 22-dən bəri ən yüksək səviyyədə başa vurub. Brent və WTI markalı neftin qiymətləri avqust ayında qeydə alınan minimum səviyyələrdən təxminən üçdə bir qədər artıb.
Neft bazarında qiymət artımının əsas səbəblərindən biri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlardır.
İran hakimiyyəti ABŞ tərəfindən beş İran neft tankerinin batırılmasından sonra Hörmüz boğazı yaxınlığında 10 gəmiyə hücum edildiyini bildirib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-ın mümkün hücumlarına ikiqat güclə cavab veriləcəyini açıqlayıb.
Hörmüz boğazı ilə yanaşı, Yaxın Şərqdən neft ixracı üçün alternativ marşrutlara da təzyiq artır. Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanına hücumlarını gücləndirib. Bu vəziyyət Qırmızı dəniz vasitəsilə həyata keçirilən neft tədarükü üçün də risklər yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 Sentyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















