Icma.az
close
up
RU
Dünya bir səfərdir

Dünya bir səfərdir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Dünya insanı sınayan, tərbiyə edən, ruhunu cilalayan böyük bir məktəbdir. Bu məktəbin müəllimləri bəzən danışan insanlar olur, bəzən də səsi olmayan məxluqlar, quşlar, küləklər, daşlar, hətta bir damla su. Hər biri öz dili ilə nəsə pıçıldayır, amma bu pıçıltını eşitmək üçün insanın qəlbi oyaq olmalıdır. Allahın yaratdığı heç bir varlıq əbəs deyil, hər birinin arxasında gizli bir hikmət, insanı düşünməyə, durulmağa, saflaşmağa çağıran bir işarə var.
Qarğa kimi zahirdə adi görünən bir quşun belə insan üçün açdığı dərs qapıları Peyğəmbərin (s) hikmətli kəlamında bir daha üzə çıxır, “Qarğadan üç şeyi öyrənin: ayıq olmağı, ruzisi üçün səhər tezdən yola çıxmağı və cütləşərkən xəlvətə çəkilməyi.” Bu sadə görünən sözlərin içində elə bir dərinlik var ki, insan nə qədər fikirləşsə də, hikmətin sonuna çata bilməz. Ayıqlıq insanın ruh nurudur, o nur söndümü, bəndə haqq ilə batilin fərqini görməkdən məhrum olar. Səhərin bərəkəti oyanan qəlblər üçündür, ruzinin ardınca gedən yalnız ayaqları deyil, həm də iradəsidir. Xəlvət isə həyanın izidir, bazarı, küçəni, məclisi tanımayan təmizlik və dərinlikdir.
Həya insanı alçaqlıqdan çəkən, vəfanı qoruyan nəzərsiz bir pərdədir, insan o pərdəni itirdiyi gün, əxlaqın da ruhu ölür. Ayıq olmaq yalnız açıq gözlərlə deyil, oyaq vicdanla mümkündür, çünkü vicdan yatdıqda qaranlıq insanın içində başlayır. Dünya bütün bunları insana quşun uçuşunda, ağacın kölgəsində, dalğanın səsində öyrədir. Hər məxluqda bir nəsihət, hər hərəkətdə bir işarə gizlidir. Allah göyləri və yeri insanın düşünməsi üçün ram edib, hər şey bizi bir daha Yaradanın qüdrətinə, rəhmətinə və hikmətinə tərəf çəkir. Heç bir məxluq boş yerə yaradılmayıb, qarışqanın zəhməti, arının səliqəsi, quşun səmasının altındakı azadlığı, hamısı susaraq danışan kitablar kimidir. İnsan isə bu kitabları oxumağı bacardıqca ucalır. Mərifət olmadan itaət, elm olmadan yüksəliş mümkün deyil. Elə buna görədir ki, bir quşun davranışı belə insanı öz iç dünyasına çəkib sorğuya aparır, “Mən nəyi öyrəndim? Mən nəyi itirdim? Mən nəyə yaxınlaşdım?”
Dünya bir səfərdir, amma yolun özü qədər yolboyu görülən ibrətlər də mühümdür. İnsan hər addımında bir hikmətə toxunur, hər nəfəsində bir dərs alır. Bu dərsləri görən qəlb ucalır, görməyən qəlb isə dünyanın içində olsa da, həyatın kənarında qalır. Hər kəs öz qəlbinin gözləri ilə görər, kim səssiz məxluqlardan belə dərs alırsa, o insan artıq dünyanın məktəbindən diplom deyil, hikmət qazanmış sayılır.
Əli İbrahimov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri