Icma.az
close
up
RU
Dünya bundan danışır: müsəlmanları heyrətləndirən olayın dini izahı

Dünya bundan danışır: müsəlmanları heyrətləndirən olayın dini izahı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranda güclü yağışlar bir sıra fəsadlara səbəb olub. Leysan xüsusilə ölkənin İlam ostanına ciddi ziyan vurub. Bundan bir qədər əvvəl ölkədə geniş bir qrup quraqlığın aradan qalxması üçün dua etmişdi. Hazırda daşqın olayı məhz bununla əlaqələndirilir.

Bu, nə dərəcədə əsaslıdır? Dində belə bir anlayış mövcuddurmu?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, islamda quraqlıq olduğu zaman yağışın yağması üçün müsəlmanların birgə namaz qılıb dua etmələri tövsiyə olunur.

O bildirib ki, ümumiyyətlə, dua insanın həyatında mühüm yerə sahibdir:

“Allah Qurani-Kərimdə buyurur: “Duanız olmasaydı, nə dəyəriniz olardı.” Ayədən də göründüyü kimi, dua insanın dəyər ölçüsüdür. Bunun üçün də insan dua etməyi kiçik görməməli, özünü Allaha daima möhtac bilməlidir. Hansı ölkədə olmasından asılı olmayaraq, duanın gücünə inanmaq şərtdir. Bu əməlin açmadığı bağlı qapı yoxdur. Bunlardan biri də yağışın yağması üçün edilən duadır”.

İlahiyyatçı Mədinə şəhərində Ğaməmə adlı bir məsciddən də söz açıb:

“Onun mənası bulud deməkdir və bu cür adlandırılmasının səbəbi yağış yağmadığı zaman həmin yerdə Allah Rəsulu (s) və səhabələrin birgə etdiyi dua olub. İsti hava şəraitində Allah Rəsulu (s) bayram namazlarını açıq havada qılarkən bir bulud parçası ona kölgəlik salarmış. İstənilən halda və bütün dinlərdə dua mühüm bir ibadət hesab olunur”.

Qeyd edək ki, noyabrın 15-də yüzlərlə insan paytaxt Tehranın şimalında cəmi iki həftəlik suyu qalan məscidə toplaşaraq yağış duasını edib. Bəziləri dua edərkən göz yaşlarına boğulub.

Xatırladaq ki, rəsmilərin dediyinə görə, İranda son 5 ildə ölkə daxilində yağıntıların miqdarı əhəmiyyətli dərəcədə azalıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri