Dünya çempionatı: İki cüdoçumuz yarımfinalda YENİLƏNİR
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında Azərbaycan cüdoçuları mübarizəni davam etdirirlər.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə ölkəmizi 5 çəki dərəcəsində 6 idmançı təmsil edib.
Qızların yarışında Nərgiz Əhmədova (48 kq) ilk görüşündə çilili Mariya Valensiyanı məğlub etsə də, 1/8 finalda rusiyalı Sofiya Zaxarovaya uduzaraq mübarizəni dayandırıb. Aysun Məmmədova (52 kq) kanadalı Rima Burihana, Vüsalə Hacıyeva (57 kq) isə sloveniyalı Nika Tomtsa məğlub olub.
Xədicə Qədəşova (57 kq) isə uğurlu çıxışı ilə diqqət çəkib. O, gürcüstanlı rəqibini, italiyalı Alis Martellaçini və kanadalı Laurens Qanyonunu üstələyərək yarımfinala yüksəlib.
Oğlanların yarışında Ayxan Mirzəzadə (60 kq) ilk görüşündə kiprli Stratos Xaralampusu məğlub etsə də, 1/8 finalda gürcüstanlı Luka Omanadzeyə uduzub.
İkiqat Avropa çempionu Məhəmməd Musayev (66 kq) isə ilk görüşlərində ipponla və ne-vaza texnikası ilə qələbələr qazanıb. O, 1/4 finalda son dünya çempionu gürcüstanlı Tornike Qiqaurini də ipponla məğlub edərək yarımfinala vəsiqə əldə edib.
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib Millimiz Bakıda keçirilən Avropa çempionatını ikinci başa vurub Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 19 Noyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















