Icma.az
close
up
RU
“Dünya çempionatı satılıq deyil!” UEFA FIFA nı boykot etdi

“Dünya çempionatı satılıq deyil!” UEFA FIFA nı boykot etdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

UEFA FIFA-ya xəbərdarlıq edərək dünya çempionatının hüquqlarının özəl investorlara satılacağı təqdirdə FIFA turnirlərini boykot edəcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın rəsmi bəyanatında bildirilib.

Bəyanatda vurğulanır ki, UEFA və ona daxil olan 55 milli assosiasiya vahid cəbhədən çıxış edərək dünya çempionatı və digər FIFA turnirlərinin mülkiyyət hüquqlarının özəl investorlara verilməsi təklifini yekdilliklə rədd edir:

“Dünya Çempionatı investisiya məhsulu kimi nəzərdən keçirilə bilməz. Bu, futbolçular, milli komandalar və azarkeşlər tərəfindən nəsillər boyu yaradılmış böyük idman irsidir. O, satılmır!

Bu dərəcədə əhəmiyyətli bir təklifin məxfi şəkildə hazırlanması və futbolu idarə edənlərlə məsləhətləşmədən təsdiq mərhələsinə gətirilməsi məsuliyyətsizlikdir. Bu, FIFA-nın dünya futbolunun hamisi kimi öz vəzifələrindən imtina etməsidir”.

UEFA-nın bəyanatında qeyd olunur ki, kənar investorlar FIFA turnirlərində pay sahibi olduqdan sonra futbol həmişəlik dəyişəcək:

“Kalendar, format və futbolun gələcəyi haqqında hər bir qərar oyuna deyil, səhmdarlara xidmət etməyə yönələcək. Bugünkü müzakirələrin nəticəsi olaraq, bu təkliflər qüvvədə qaldığı müddətdə, təklifdən tamamilə imtina edilməyənə və FIFA-nın öz yarışlarını bir daha özəl mülkiyyətə açmayacağına dair məcburi zəmanət verilməyənə qədər heç bir UEFA milli komandası FIFA-nın heç bir yarışında iştirak etməyəcək.

Heç kimdə şübhə olmamalıdır: UEFA və onun milli assosiasiyaları bu planlara qətiyyətlə qarşı çıxacaq. Bəzi şeylər satılmaq üçün çox vacibdir. Dünya çempionatı futbola məxsusdur və həmişə də elə qalacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyul 2026 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri