Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FİFA 2026-cı il dünya çempionatında azarkeş sayının gözləniləndən az olması problemi yarana bilər.
QOL.az xəbər verir ki, “Sport Baza” nəşrinin məlumatına görə, ABŞ şəhərlərində oyunlara tələbat zəifdir. Bəzi otellər azarkeşləri cəlb etmək üçün qiymətləri kəskin endirərək 2000 avroya qədər endirimlər təklif edir.
Təşkilatın daxili qiymətləndirmələrinə görə, San-Fransiskoda keçiriləcək Qətər - İsveçrə və Şotlandiya yığmasının Haitiyə və Mərakeşə qarşı oyunlarında stadionun yarısından çoxu boş qala bilər. Boş yerləri doldurmaq üçün kollec tələbələrinə pulsuz biletlər paylanması variantı nəzərdən keçirilir.
Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək. Sonuncu turnirin qalibi finalda Fransanı məğlub edən Argentina millisi olub.
Baxış sayı:127
Bu xəbər 25 Mart 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















