Dünya çempionu özünə klub tapdı
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nəhayət, Pol Poqba özünə yeni klub tapıb. O, yeni mövsümdən Liqa 1-də çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, fransalı futbolçu “Monako” ilə razılıq əldə edib. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, “knyazlıq klubu” 32 yaşlı dünya çempionu üçün ikiillik müqavilə hazırlayıb. Hazırda danışıqların sonuncu mərhələdə olduğu və yarımmüdafiəçinin yaxın günlərdə rəsmi müqaviləni imzalayacağı da bildirilib.
Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 2024-cü ilin fevralında “Yuventus”un oyunçusu kimi 4 il müddətinə diskvalifikasiya edilmiş, amma İdman Arbitraj Məhkəməsi cəzanın müddətini sonradan 18 aya endirmişdi.
Fransalı futbolçu bu il martın 10-da diskvalifikasiya müddətini başa vurub.
Baxış sayı:68
Bu xəbər 26 İyun 2025 03:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















