Icma.az
close
up
RU
Türkiyə ilə Azərbaycan arasında “şeytan qazanını” qaynadanlar kimlərdir? VİDEO

Türkiyə ilə Azərbaycan arasında “şeytan qazanını” qaynadanlar kimlərdir? VİDEO

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Sabir Rüstəmxanlı bu dəfə Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirmək istəyən qüvvələrin niyyətindən danışıb.

Xalq şairi oktyabrın 15-16-da Türkiyənin Kayseri şəhərində keçirilən Türk Dünyası Şair və Yazarlarının II görüşündə iştirakından söz açıb. O, 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra Azərbaycana ilk dəstək verən şəhərin Kayseri olduğunu xatırladıb.

“Həmin ilin payızında Avropaya səfərim zamanı mənə o dövrə aid videolentlər təqdim etdilər. Mən gördüm ki, Qanlı Yanvardan sonra bizim səsimizə ilk səs verən Kayseri olub. Orada insanlar küçələrə çıxaraq Azərbaycanı dəstəkləyən möhtəşəm yürüş keçiriblər. Bu görüntülər sonradan Türkiyəyə yayılıb. Ardınca İğdırda, daha sonra Brüsseldə, Berlində, Frankfurtda və başqa şəhərlərdə Azərbaycana dəstək aksiyaları təşkil olunub. Canımızın yandığı bir vaxtda Kayseri bizə hay vermişdi. Türkiyə bütövlükdə hər zaman yanımızda olub, amma həmin səslər içində Kayseri birinci idi”, – deyə Xalq şairi bildirib.

O, görüş zamanı türklərin azərbaycanlılara münasibətində heç bir dəyişiklik olmadığını gördüyünü də vurğulayıb. Sabir Rüstəmxanlı, həmçinin öz təşəbbüsü ilə hazırlanan bəyanatın tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edildiyini deyib. O bildirib ki, sənəd Türk dünyasının şair və yazarları tərəfindən böyük həssaslıqla qarşılanıb. Bəyanatda Azərbaycan -Türkiyə münasibətlərinin yalnız iki ölkə üçün deyil, bütün Türk dünyası üçün əhəmiyyəti vurğulanıb.

Xalq şairi Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirmək istəyənlərin əsl məqsədinin Türk birliyini pozmaq və Türk dövlətləri təşkilatlarını zəiflətmək olduğunu bildirib.

“Azərbaycan-Türkiyə münasibətləri pozulan deyil. Amma düşmən öz işini görməkdədir və bunu açıq-aşkar hiss edirik. Ən yüksək səviyyədə məsələlərə aydınlıq gətirmək istəyənlər olsa da, aşağıda yenə “şeytan qazanı” qaynatmaq istəyənlər var”, – deyə S.Rüstəmxanlı qeyd edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2026 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri