Dünya çempionu vətəninə qayıtmadı
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nəhayət, Paulo Dibalanın yeni mövsümə harda başlayacağı məlum olub. Argentinalı futbolçu bundan sonra da “Roma”da oynayacaq.
"Football-plus.az" xəbər verir ki, hələ dünya çempionatı ərəfəsində onun yayda vətəninə qayıdacağı, ölkəsinin köklü klublarından “Boka Xuniors”un sıralarına qoşulacağı haqda xəbərlər yayılmışdı. Lakin hücumçu “Roma” ilə müqaviləni yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı argentinalı futbolçu yeni müqaviləyə əsasən, 2027-ci il iyunun 30-na qədər paytaxt təmsilçisinin formasını geyəcək.
Dibala “Roma”da 2022-ci ilin yayından çıxış edir. O, ötən müddətdə bütün turnirlərdə 140 matçda meydana çıxıb, 45 qol vurub və 30 məhsuldar ötürmə verib. Qeyd edək ki, DÇ-2022-nin qalibi İtaliyada “Palermo” və “Yuventus”un da şərəfini qoruyub.
Baxış sayı:82
Bu xəbər 15 İyul 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















