Dünya “dəli” olub
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada təxminən 1,2 milyard insanın psixi sağlamlıq problemləri yaşadığını açıqlayıb.
Üstəlik hər il 727 min insan intihar nəticəsində həyatını itirir. Psixi sağlamlıq problemlərinin qlobal iqtisadiyyata illik zərəri isə 1 trilyon dollar təşkil edir.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, ÜST-ün 10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə dərc etdiyi hesabatda psixi pozuntuların qlobal miqyasda mühüm ictimai sağlamlıq probleminə çevrildiyi bildirilib. Hesabata görə, dünyada təxminən hər yeddi nəfərdən biri psixi sağlamlıq problemi yaşayır. Bu vəziyyət uşaqlara və gənclərə də təsir edir.
Eyni zamanda, psixi sağlamlıq xidmətlərinə ayrılan vəsaitin kifayət qədər olmaması milyonlarla insanın müalicə almasını çətinləşdirir. Məlumata əsasən, dünyada 470 milyon insan təşviş pozuntusundan, 322 milyon insan isə depressiyadan əziyyət çəkir. Təşviş pozuntusu yaşayanların 72 milyonunu, depressiya diaqnozu qoyulanların isə 43 milyonunu uşaqlar və yeniyetmələr təşkil edir. Hər il təxminən 727 min insan intihar nəticəsində həyatını itirir.
İntihar 15-29 yaş qrupunda dünyada ən çox yayılmış üçüncü ölüm səbəbidir. Hesabatda intihar hallarının 73 faizinin aşağı və orta gəlirli ölkələrdə qeydə alındığı bildirilib. Yoxsulluq, zorakılıq, sosial təcrid və psixoloji dəstəyə çıxış imkanlarının məhdudluğu intihar riskini artıran əsas amillər sırasında göstərilib.
Psixi sağlamlıq problemlərinin geniş yayılmasına baxmayaraq, hökumətlərin səhiyyə büdcələrindən bu sahəyə ayırdığı vəsait orta hesabla cəmi 2 faiz təşkil edir. Depressiyadan əziyyət çəkən insanların yalnız üçdə biri rəsmi müalicə xidmətlərindən yararlana bilir. Hesablamalara görə, psixi sağlamlıq problemlərinin səbəb olduğu işçi qüvvəsi və məhsuldarlıq itkiləri qlobal iqtisadiyyata hər il 1 trilyon dollara başa gəlir.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:48
Bu xəbər 13 Oktyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















