Masazır dairəsində ağıllı sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Masazır dairəsində hərəkətin təşkili ilə bağlı sürücülərin narazılığına səbəb olan vəziyyət yaranıb.
Avtosfer.az xəbər verir ki, bəzi sürücülər dairəyə daxil olarkən birinci zolaqdan istifadə edərək sola, ikinci və üçüncü zolaqlara keçməyə çalışırlar. Bu isə hərəkət iştirakçıları arasında anlaşılmazlığa, zolaqların kəsişməsinə və qəza riskinin artmasına səbəb olur. Xüsusilə intensiv hərəkət saatlarında yaranan bu vəziyyət digər sürücülərin sərbəst hərəkətinə də maneə yaradır. Sürücülərin sözlərinə görə, bəzi hallarda zolaqlar üzrə hərəkət ardıcıllığına əməl edilməməsi dairədə təhlükəli vəziyyətlərə gətirib çıxarır. Eyni zamanda yolda nişanlanma xətlərinin uğurlu təşkil edilməməsi Sumqayıt istiqamətində düzünə və dairədən sola dönmək üçün növbədə dayanan sürücülərin önünə keçənlər sonradan mübahisələrə və tıxacın yaranmasına səbəb olur. Onlar hesab edirlər ki, problemin aradan qaldırılması üçün ərazidə hərəkətin təşkili yenidən nəzərdən keçirilməlidir.
Sürücülər Masazır dairəsində əlavə yol nişanlarının quraşdırılmasını və hərəkət istiqamətlərinin daha aydın göstərilməsini istəyirlər. Eyni zamanda, yolun xətlənməsi zamanı zolaqların istiqamətləri və keçid ardıcıllığı dəqiq nəzərə alınmalıdır. Onların fikrincə, mövcud xətləmə sürücülərin hərəkət trayektoriyasını düzgün müəyyənləşdirməsinə kifayət qədər kömək etmir. Digər təklif isə ərazidə kameralar vasitəsilə nəzarətin gücləndirilməsidir. Sürücülər qayda pozuntularının qeydə alınmasının intizamı artıracağına və təhlükəli manevrlərin qarşısını alacağına inanırlar. Məsələnin həlli üçün aidiyyəti qurumların ərazidə monitorinq aparması və zəruri tədbirlər görməsi vacib hesab olunur. Çünki dairələrdə düzgün zolaq seçimi yalnız hərəkətin rahatlığı deyil, həm də yol təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər
bax.tvhttps://bax.tv/embed/229323.html
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Noyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















