Icma.az
close
up
RU
Dünya çalxalanır Azərbaycan üçün hansı təhlükələr var?

Dünya çalxalanır Azərbaycan üçün hansı təhlükələr var?

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda dünyada, eləcə də regionumuzda gərgin siyasi vəziyyət müşahidə olunur. Rusiya-Ukrayna müharibəsi, İsrail-HƏMAS gərginliyi, həmçinin qonşu ölkələr – İran, Ermənistan, Gürcüstanın daxilində olan etirazlar və s. dünyada xaotik durumun yarandığından xəbər verir. Yeni reallıqlar fonunda Azərbaycanın bu proseslərə yanaşması isə maraq doğurur.

Dünyada hökm sürən xaotik vəziyyət Azərbaycana necə təsir edir?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi bütün beynəlxalq münasibətlər sistemini gərginlikdə saxlayır:

“İsrail-HƏMAS danışıqlarında yaranmış çətinliklər də müəyyən problemlər yaradır. Yaxın Şərqdə hələlik konflikt potensialı qalıb. Bütün bunlar ölkələr arasındakı çoxtərəfli münasibətlərə və bütün beynəlxalq münasibətlər sisteminə neqativ təsirini göstərir.

ABŞ-da Tramp administrasiyasının tarif siyasəti də dünyada ticarətin inkişafı ilə bağlı yeni situasiya, eyni zamanda ölkələr arasındakı iqtisadi əlaqələrin gələcəyi ilə bağlı suallar yaradır. BMT-nin fəaliyyətsizliyinin bütün ölkələr tərəfindən qəbul olunması beynəlxalq münasibətlər sisteminin indiyə qədər mövcud olan arxitekturasının necə kövrək olduğunu göstərir. Belə bir şəraitdə ümumi gərginlik və yeni konfliktlərin yaranması təhdidi aktual olaraq qalır.

Azərbaycan xarici siyasəti də öz müttəfiqləri ilə münasibətləri daha da gücləndirməyə, o cümlədən müdafiə və təhlükəsizlik potensialını artırmağı labüd edir. Azərbaycan -Türkiyə münasibətlərinin möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, potensialının artırılması və təşkilat daxilində hərbi-texniki əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi vəzifələrini həll edir. Azərbaycanın baş verən təlatümlərə qarşı ciddi immuniteti var. Rəsmi Bakı özünün ən ciddi problemini həll edib. Bütün sərhədlər boyunca müstəqilliyini təmin edib, ərazi bütövlüyünü bərpa edib. Azərbaycan öz ənənəvi müttəfiqləri ilə, eləcə də Pakistanla hərbi-texniki əməkdaşlığı gücləndirib. Yaxın qonşuları ilə münasibətlərindəki problemlərin həlli istiqamətində də addımlar atır. İranla əlaqələrin ziqzaqvari dinamikasını müşahidə etsək də son həftələrdə hər iki ölkənin yüksək rütbəli məmurların, siyasətçilərin qarşılıqlı səfərlərinin şahidi oluruq. Görünür, rəsmi Tehran və Bakı əməkdaşlığa fokuslanıb”.

Zaur İbrahimli

Zaur İbrahimli qeyd edir ki, Azərbaycan Aİ ölkələri ilə də işgüzar əlaqələrə sadiqdir:

“Aİ-nin təbii qazla təchizatının böyük hissəsi Azərbaycan tərəfindən təmin olunur. Rəsmi Bakı bu sahədə götürdüyü öhdəlikləri nizamlı formada həyata keçirir. Bu, Azərbaycana olan etimadı gücləndirir. İndiki xaotik dünyada siyasəti proqnozlaşdırıla bilən, maraqları uzlaşdıran, regionda balansı daim qorumağa çalışan, müstəqil xarici siyasət yürüdən Azərbaycan öz təhlükəsizliyinin təminatını yaradıb. Azərbaycan güclü və qalib orduya malikdir. Faktiki olaraq bölgədə və yaxın coğrafiyalarda real müharibə təcrübəsi olan ordudur. Ən müasir silahlarla təchiz edilib. Ölkəmizin etibarlı, hərbi tərəfdaşları var”.

Politoloqun sözlərinə görə, Azərbaycan-Gürcüstan əməkdaşlığı inkişaf edir:

“Gürcüstan baş nazirinin Azərbaycana son səfəri onu göstərdi ki, rəsmi Tbilisi üçün Bakı ilə əməkdaşlıq strateji xarakter daşımaqda davam edir. Gürcüstan Azərbaycanın milli maraqlarına zidd hər hansı təşəbbüslərdə qətiyyən iştirak etməyəcək. Ölkələr arasında tarixən formalaşmış qonşuluq münasibətlərinə və strateji müttəfiqlik əlaqələrinə sadiqdir.

Ermənistanla sülh müqaviləsi istiqamətində danışıqların davam etməsi də əhəmiyyətlidir. Azərbaycan sülh gündəliyinə sadiqdir. Tərəflər arasında bununla bağlı növbəti mübadilə baş verib. Ermənistandan da müsbət siqnallar eşidirik. Lakin dəfələrlə rəsmi İrəvanın belə müsbət mesajlar verib sonra əksinə addım atdıqlarının şahidi olmuşuq. İrəvan Zəngəzur dəhlizinin açılması ilə bağlı əvvəlki kimi neqativ mövqedən çıxış etmir.

Azərbaycan üçün regional inteqrasiyanı təmin edən layihələrin inkişaf etdirilməsi də çox vacibdir. Buraya Şimal-Cənub nəqliyyat dəhlizi, Şərq-Qərb nəqliyyat dəhlizini də qeyd edə bilərik. Bu sahələrdə də ciddi irəliləyişlər müşahidə olunur. Azərbaycan regionda mühüm aktordur. Bu səbəbdən çox ölkə rəsmi Bakı ilə münasibətlərin normal olmasında maraqlıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri