Icma.az
close
up
RU
Dünya istidən qovrulur, bu ölkə küçələri belə soyudur VİDEO

Dünya istidən qovrulur, bu ölkə küçələri belə soyudur VİDEO

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Qətərdə yay aylarında havanın temperaturu 46 dərəcəyə qədər yüksəlir. Ölkə açıq məkanları daha komfortlu etmək üçün onları xüsusi kondisioner sistemləri vasitəsilə soyutmağa başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ölkənin bəzi bölgələrində piyada və qaçış yollarına səthin üzərinə birbaşa soyuq hava verən soyutma sistemləri quraşdırılıb. Məqsəd ətraf mühitin temperaturunu 26–28 dərəcə civarında saxlamaq və hətta çox isti havalarda belə açıq havada idmanla məşğul olmağı mümkün etməkdir.

Qətərin Umm əl-Sənim parkında “Ginnesin Rekordlar Kitabı”na düşən, kondisionerlə soyudulan dünyanın ən uzun açıq hava qaçış və piyada yolu yerləşir. Parkı əhatə edən bu yolun uzunluğu 1,14 kilometrdir və səhranın qızmar havasında sərinlik təmin edir.

Oxşar sistem Qətərin mədəniyyət rayonlarından birində də tətbiq olunub. Burada restoran və mağazaların yerləşdiyi açıq əraziləri sərin saxlamaq üçün xarici kondisioner sistemindən istifadə olunur.

Texnologiya ölkənin bir neçə futbol stadionunda tətbiq olunan sistemlə eyni prinsipə əsaslanır. Sistem məqsədyönlü soyutma, istilik izolyasiyası, qismən qapalı hava dövriyyəsi, istiliyin toplanması və havanın qurudulmasını birləşdirir.

Hətta asfaltı da soyudurlar

Yol örtüyü də temperaturun aşağı salınmasında mühüm rol oynayır. Qətər günəş şüalarını yüksək səviyyədə əks etdirən, o cümlədən mavi piqmentli xüsusi örtükləri sınaqdan keçirib. Bu üsul asfaltın temperaturunu 15–20 dərəcə aşağı sala bilər.

Metodun mahiyyəti ondan ibarətdir ki, daha açıq rəngli və əks etdirmə qabiliyyəti yüksək olan səth günəş şüalarını daha az udur və nəticədə daha az qızır.

Ölkə soyutma sistemlərinin enerji tələbatının bir hissəsini günəş enerjisi hesabına ödəyir. Bəzi sistemlərdə tələb olunan enerjinin 60 faizədək hissəsinin günəşdən əldə edildiyi bildirilir.

Qətərdə açıq hava kondisionerlərinin ümumi dəyəri barədə açıq məlumat yoxdur. Lakin layihələrin miqyası və texniki mürəkkəbliyi nəzərə alınarsa, investisiyaların yüz milyonlarla dollara çata biləcəyi ehtimal olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Avqust 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri