Icma.az
close
up
RU
Dünya müharibəsinin anonsu NATO və Rusiya savaşa başlayır?

Dünya müharibəsinin anonsu NATO və Rusiya savaşa başlayır?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Qərb Rusiya ilə hücuma hazırlaşır. Bunu NATO- nun baş katibi açıq şəkildə bəyan edib. O, Ukraynadan sonra Rusiyanın NATO ölkələrinə hücum edə biləcəyindən narahat olduğunu, buna qarşı tədbir görüləcəyini deyib. NATO-nun baş katibi çıxışında təkcə Rusiyanı yox, Çini də təhlükə olaraq göstərib. O, sözügedən qüvvələrin hücumlarına hazırlığın vacibliyini bildirib. Rusiya və NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalı hələ də mübahisəlidir. Rusiya, NATO-nun şərqə doğru genişlənməsini öz təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirir. Ukrayna müharibəsi isə bu gərginliyi daha da artırıb. Lakin, hər iki tərəf də birbaşa münaqişənin böyük risklər daşıdığını bilir. Rusiya və NATO arasında birbaşa müharibə, nüvə silahlarının mövcudluğu səbəbilə böyük miqyaslı faciəyə səbəb ola bilər. Buna görə də, hər iki tərəf münaqişəni dolayı yollarla və siyasi-iqtisadi təzyiqlərlə idarə etməyə çalışır.

Bəs Rusiya və NATO qarşıdurması həqiqətən ola bilərmi?

Bu barədə Moderator.az-a danışan politoloq Taleh Əliyev xatırladıb ki, Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyatlara başlayan zaman vermiş olduğu bəyanat belə idi ki, Rusiya NATO- nun şərqə doğru irəliləməsini özünü milli təhlükəsizlik üçün ciddi təhdid hesab edir:

“Qərbin Ukraynaya verdiyi hərbi və maliyyə dəstəyi göstərdi ki, münaqişənin yalnız Rusiya-Ukrayna müharibəsi formatında qalmayacağı və Şərqi Avropaya sıçrama ehtimalı var. Buna görə də, Qərb, SSRİ dağıldıqdan sonra ilk dəfə genişmiqyaslı hərbi təlimlərə start verdi. Skandinaviya ölkələrindən tutmuş Qara dəniz hövzəsində yerləşən ölkələrə qədər geniş bir coğrafiyada Rusiyadan, xüsusilə də ola biləcək təhdidlərin qarşısının alınması məqsədilə hərbi təlimlər keçirildi. 2024-cü ildə Ukraynanın Rusiya ərazisində Kursk əməliyyatını həyata keçirməsindən sonra, Rusiya-Ukrayna müharibəsində taktiki nüvə silahından istifadə riski artdı. Əgər belə bir təhlükə reallaşarsa, müharibənin coğrafiyası genişlənərək Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya çevrilə bilər. Bu isə münaqişənin daha geniş miqyasda yayılma ehtimalını hər an aktual saxlayır”.

Politoloq əlavə edib ki,  xüsusilə də Trampın yenidən hakimiyyətə gəlişindən sonra NATO avropalılarla ilə bağlı hərbi büdcələrin artırılması istiqamətində tələbləri də onu göstərir ki, Avropa üzvü olan, daha doğrusu, Avropadan olan NATO-ya üzvü ölkələr belə bir müharibə reallaşacağı təqdirdə ilk növbədə Avropa ölkələrinin özünü Rusiyanın hərbi təcavüzündən qorunması üçün daxili hərbi potensialını gücləndirməlidir:

“Bu kontekstdə NATO baş katibi Almaniya özünün silah arsenalının genişləndirilməsini tövsiyə edir və digər Avropa ölkələrində də bu proseslərdə daha fəal, aktiv iştirak etməyə çağırır. Bu baxımdan hesab edirəm ki, Rusiya- Ukrayna müharibəsində beynəlxalq hüquq prinsipləri, öhdəlikləri çərçivəsində həll edilməsi baş verməyəcəksə (söhbət Ukraynanın ərazi bütövlüyünün təmin edilməsindən gedir) o halda müharibənin miqyasının genişlənməsi qaçılmaz olacaqdır. Rusiya- Ukrayna müstəvisində, xüsusilə də nüvə silahından istifadə edilməsinə qədər daha fəlakətli, daha irimiqyaslı müharibəyə səbəb ola bilər”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri