Əsədin adamları Suriyada gizli ordu qurur: 50 minlik üsyan planı ifşa edildi
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriyanın devrilmiş keçmiş lideri Bəşər Əsədin Moskvaya sığınan yaxın çevrəsinin üzvləri ölkədə yeni hökumətin sabitliyini pozmaq üçün öz silahlı qüvvələrini formalaşdırmağa çalışırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, Əsədə sadiq keçmiş qüvvələr on minlərlə potensial döyüşçünü maliyyələşdirmək üçün milyonlarla dollar vəsait ötürür. Məqsəd – hazırkı hakimiyyətə qarşı üsyanları alovlandırmaq və əvvəlki nüfuzlarını qismən də olsa bərpa etməkdir.
Mənbələr bildirir ki, hazırlanan üsyanda əsas rollardan birini hərbi kəşfiyyatın keçmiş rəhbəri Kamal Həsən və Əsədin əmisi oğlu, iş adamı Rami Maxlouf oynayır. Reuters-in iddiasına görə, onların da daxil olduğu bir neçə qrup ümumilikdə 50 mindən çox silahlını maliyyələşdirir.
Tahir Turan
Globalinfo.az
Baxış sayı:51
Bu xəbər 05 Dekabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















