Icma.az
close
up
RU
Dünya nə hayda, biz nə hayda... Fərid Hüseyn yazır

Dünya nə hayda, biz nə hayda... Fərid Hüseyn yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Fərid HÜSEYN

(Şimali Makedoniyada keçirilən Velestova Poeziya Festivalından reportaj)

Şimali Makedoniyaya Velostova Poeziya Festivalına gedəndə dünya liderləri - Donald Tramp və Vladimir Putin görüşməli idilər. Çoxları düşünürdü ki, bu görüşlə dünyaya sülh gələcək, axır ki, neçə ildən sonra da olsa, bəşəriyyətin üzü güləcək. Dünya liderlərinin görüşü ilə paralel vaxtda Şimali Makedoniyada baş tutan Velostova Poeziya Festivalı, əslində, dünyaya sülhü, qardaşlığı, birgəliyin vacibliyini mesaj verirdi, sadəcə cahan qlobal hadisələrin fonunda bu bəşəri olayı görmürdü. Biz dünyanın müxtəlif ölkələrindən cəm olmuş şairlərsə Şimali Makedoniyada dünyanın qeylü-qalından, dava-şavasından, al-verindən uzağa çəkilərək Ohrid şəhərinin ucqar Velestova kəndində sözə, onun sehrinə sığınıb, ədəbiyyatın müqəddəsliyinə pənah aparmışdıq. Azərbaycanın gözəl şairi Adil Mirseyidin bir şeirində dediyi sayaq:

Necə inanırdım bəxt ulduzuma,

Mən sözün sehrinə bel bağlayırdım...

Kimlər var, kimlər yox...

15-17 avqust tarixlərində Şimali Makedoniyada qatıldığım Veleostova Poeziya Festivalına İrlandiyadan Roşin Kelli, Xorvatiyadan Miroslav Kirin, Reneta Jambreşin Kirin, Rumıniyadan Anisiya Angel, Bolqarıstandan Polli Mikanova, Şimali Makedoniyadan Luzim Xaziri, Andrey Əl-Əsədi, Stefan Kostoski, Mariya Anqelovska, Pavlina Atanasova, İvana Jovanovska, Maya Moysova, Emanyela Kovaçevska Kitanobska, İqor Klımovski, Stefan Mladenovski kimi tanınmış şairlər təşrif gətirmişdilər. Festivalın xüsusi antologiyasında, həm də ingilis və makedon dillərində yayımlanan "Qlaqoli" poeziya jurnalında beynəlxalq tədbirdə iştirak edən şairlərin şeirləri dərc olunmuşdu.

Festivalın çox zəngin gündəliyi vardı və hesab edirəm ki, bu cür ədəbiyyat tədbirləri dünya şairlərini birləşdirmək nöqteyi-nəzərindən çox vacibdir. Vacib olan həm də odur ki, nasirlərin əsərləri müasir dünyada çox yayılır deyə onlar əsərləri vasitəsi ilə bir-birlərinin yaradıcılığını izləyə bilirlər. Amma şeirin az çap və tərcümə edildiyi indiki vaxtda şairlərin real görüşləri olduqca vacibdir. Bu alver dünyasında, bu kapitalizm əsrində taleyini sözə bağlamaq və həqiqi şair olmaq çox müşkül məsələdir. Dünyanın müxtəlif ölkələrindən olan şairlərlə danışdıqca, onlarla daha yaxından tanış olduqca aydın şəkildə görürsən ki, elə, deyəsən, hər yerdə insanlar şeiri sevirlər, ancaq şairləri yox. Avanqardar poeziyamızın yaşayan klassiki Çingiz Əlioğlu demiş:

Şeiri, sənəti, sevən bu xalqın,

Şairi heç zaman xoşbəxt olmayıb.

Xalqın dastanını yaradanların.

Taleyi tutandan kənar qalmayıb.

İlk günün yaddaşı...

Məni hava limanında Şimali Makedoniyadan olan gənc həmkarım, dəyərli şair Andrey Medik Lazarevski qarşıladı, daha sonra yolda bolqarıstanlı Polli Mikanova da bizə qoşuldu və biz birgə paytaxt Skopyedən Ohrid şəhərinə yollandıq. Festivalın direktoru, tanınmış şair Juliana Veliçkovskaya və onun mehriban ailəsi Velestovada bizi qarşılayaraq kənddəki Sunset villasına yerləşdirdilər. İlk gün asudə olduğumuz üçün boş vaxtlarımızı dəyərləndirməyə çalışaraq gəzdik, əyləndik və şair dostlarla maraqlı gün keçirdik.

Ötən il bu ölkədə Struqa Beynəlxalq Şeir Axşamlarında iştirak etdiyimə və həm poeziya bayramı Şimali Makedoniya mətbuatında ciddi şəkildə işıqlandırıldığına görə yaxınlaşıb salam verən adamların tövrlərindən anlayırdım ki, deyəsən, göz yaddaşları yaxşıdır. Əcnəbi şairlərdən bəziləri də həmin festivala qatıldıqlarına görə onlar da məni xatırlayır, hətta bir neçəsi ötən il oxuduğum şeirlərimin məzmununu da unutmamışdılar. Hətta bəziləri ötənilki şux zarafatları da hafizələrinə həkk ediblərmiş. İndi adamı unutmaq üçün bircə həftə bəs edir, bir il kiminsə yaddaşında qalmaq sürət əsri üçün yaxşı göstəricidir. Həm də indiki dünya görünmək dünyasıdır, görünürsənsə, var olduğunla barışırlar. Bu acı reallıqdan hələ 40 il əvvəl duyuq düşən görkəmli şair Vaqif Bayatlı Odər bir şeirində yazmışdı ki:

Bu dünyada yaman dərddi,

Görünərsən, deyərlər var,

Görünməzsən - unudarlar.

15 avqust

Festivalda ilk tədbir gənc və istedadlı makedoniyalı şair Andrej Al-Asadinin "Poeziya portreti" adlı qiraət saatı idi. Tədbirin aparıcısı festivalın direktoru Juliana Veliçkovsakaya idi. Andrey həm şeirlərin oxudu, həm də oxucuların suallarını cavablandırdı. Bu tədbirin ardınca qarmon ifaçısı İqor Klimovskinin solo konserti musiqisevərlərin ürəyinə su səpdi.

Daha sonra şairlərin şeir saatı keçirildi. Roşin Kelli, Renata Yambreşiç Kirin, Miroslav Kirin, Polli Mukanova, Anisiya Anxel və mən şeirlərimizi səsləndirdik. Veleostova kəndinin mərkəzində keçirilən bu tədbirlərin əsas auditoriyası isə Şimali Makedoniyadan olan şair və yazarlar eyni zamanda həmin regionun daimi sakinləri idilər.

Həmin günün son tədbiri isə kənddə yerləşən Müqəddəs Məryəmin Göyə Ucalması Kilsəsinin eyvanında Stefan Mladenovskinin "Gözlənilməz görüşlər" adlı rəsm sərgisi idi. Bir-birindən ecazkar sənət nümunələrin nümayiş olunduğu sərgidə poeziya ilə rəngkarlığın ruhu bir-birinə qovuşmuşdu...

16 avqust

Tədbirlər hər gün saat 18:00-da başlayıb, 23:00-a qədər davam edirdi, bunu ona görə belə düşünmüşdülər ki, həm şairlərin gözəl Veleostovanı, Ohrid gölünün sahillərini gəzmək imkanları olsun, həm də istirahət üçün bəs qədər vaxtları qalsın. Axşamtərəfi isə hava daha da sərin olduğuna görə tədbirlərin keçirilməsi üçün daha münasib idi.

Növbəti gün Velestovo kəndində yenə də Müqəddəs Məryəmin Göyə Ucalması kilsəsinin eyvanında xorvatiyalı şair Miroslav Kirinin poeziya toplusunun təqdimat mərasimi baş tutdu, daha sonra isə həm makedoniyalı şairlər, həm də qonaq şairlər şeirlər oxudular. Hər şair öz şeirini ana dilində oxuyurdu, daha sonra isə həmin şeirlərin ingilis və yaxud makedonca olan tərcümələri səsləndirilirdi. Qeyd edim ki, həmin görüşdə hər şair dörd şeir oxumaq imkanı yaradılmışdı. Polli Mukanova, Roşin  Kelli, Anisiya Anxel, Pavlina Atanasova, Mariya Anqelovska, Stefan Kostoski və mən şeirlərimizi səsləndirdik. Poeziyasevərlərin böyük marağına səbəb olan həmin gecə də beləcə tamamlandı...

Yaddan çıxmamış deyim ki, kilsə qəbiristanlığın içərisində yerləşdiyinə görə məzarların arası ilə keçib kilsəyə daxil olurduq və nədənsə mənə elə gəlirdi ki, həmin gecə söylənən şeirlər yalnız bu dünyanın yox, həm də o biri dünyanın sakinləri tərəfindən eşidilirdi. Bizə elə gəlir ki, o biri dünyadakıların ayrı bir aləmi var, yəqin onlar bizə baxıb öz keçmişlərini yada salırlar:

Eynən Marina Svetayevanın məzarın üstündə yazılmış bu şeirdə deyildiyi kimi:

Uzaqlaşırsan yanımdan

Ey oxşarım, baxmadan.

Mən də sizdən biriyəm.

Əylən, ay yolçu, dayan.

17 avqust

Həmin səhər Ohrid şəhərinin mədəni və tarixi yerlərini ziyarət etdik. Deyim ki, Ohrid şəhərinin möhtəşəm tarixi ilə tanışlıq hər birimizin ürəyincə oldu.

Daha sonra isə Ohridin tam mərkəzində "Shilla" kafesində Şimali Makedoniyada nəşr olunan "Yuxu kimi" ("Kako con") adlı şeirlər kitabımın təqdimat mərasimi keçirildi. Təqdimatda Şimali Makedoniyanın tanınmış ziyalıları, qələm adamları, oxucular, o cümlədən dünyanın müxtəlif ölkələrindən Velestova Poeziya Festivalına qatılan şairlər iştirak edirdilər. Tədbirin aparıcısı və kitabın tərcüməçisi, tanınmış şair Juliana Veliçkovskaya qonaqları salamalayandan sonra kitabım haqqında yazdığı kiçik həcmli yazıdan bir parça oxudu: "Fərid Hüseyn poeziyası insanın yaşadığı şəxsi hadisələri zamanın böyük olayları ilə vəhdətdə əks etdirir. O, sadə və aydın yazır. Şeirlərində oxucuların yaddaşına həkk olunan orijinal təsvirlər yaradır. Onun rəngarəng poeziyasının mövzularının sərhəddi sevdiyi insana, Vətənə olan məhəbbətə, yaxud o duyğuları bizdə formalaşdırmış ədəbi və tarixi şəxsiyyətlərə qarşı heyranlığa qədər uzanır. O, həmçinin şeirlərində şəxsi itki, intizar və özünüaxtarış məsələlərindən bəhs edir, insanın mahiyyətcə hara və nəyə mənsub olması sualını qaldırır, bununla yanaşı, yaşadığımız reallıqlara şahid nəzərləri ilə poetik münasibət bildirir".

Tədbirdə həm şeirlərimi səsləndirdim, həm də oxucuların suallarını cavablandırdım. 30 şeirimin dərc olunduğu bu kitab yüksək poliqrafiya ilə nəşr edilmişdi.

Həmin gün kitab təqdimatından sonra sonuncu poeziya tədbiri keçirildi. Lulzim Haziri, Renata Yambreşiç Kirin, Miroslav Kirin, Emanuela Kovaçevska Kitanovska, İvana Jovanovska, Maya Mojsova və Andrej Al-Asadi şeirlərini səsləndirdilər.

Daha sonra "Sunset" villasında şairlərin möhtəşəm musiqili vida gecəsi baş tutdu. Həmin gecədə dünya şairləri ilə ədəbiyyat mübadiləsi, ölkələrimizin dəyərli ədəbi nümunələrinin qarşılıqlı şəkildə təbliği istiqamətində söhbətlər apardıq və dostluğumuzun daha möhkəm mədəni dəyərlər üzərində bərqərar olması üçün daha real yollar arayaraq müzakirələr apardıq.

Bir sözlə, dörd gün ərzində nəbzimizin poeziya ilə, şeirlər döyünməsi, hər nəfəsdə şeirlə var olmamız, bu dünyanın qayğılarından xilas olub yaşamağımız, eyni mənəvi qan qrupundan olan insanların - şairlərin birgəliyi mənim yadıma Mikayıl Müşfiqin məşhur misralarını saldı:

Ey şeir yazmaqla keçən günlərim,

Siz ki ən vəfalı günlərimsiniz...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri