Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Yeni dünya nizamına doğru: Prezidentin fikirləri dəqiqdir

Yeni dünya nizamına doğru: Prezidentin fikirləri dəqiqdir

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

Prezident İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırıb.

Dövlət başçısı çıxışında Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni baxımdan qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərq olkələri ilə əlaqələri və dünyanın bu üç hissəsini bir araya gətirmək üçün oynadığı rol, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan verməməsi, Ermənistanın özünü enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklərdən, tranzit imkanlarından məhrum etməsi, Ermənistanın transsərhəd çayları, xüsusilə Araz çayını çirkləndirməsi, Ermənistanın militarist və revanşist siyasəti, Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın Afrika qitəsi ölkələri ilə əlaqələri, Qoşulmama Hərəkatında fəaliyyəti, Azərbaycanın Türk dünyası ilə əlaqələri, Gürcüstanla əlaqələr və Orta dəhliz, Azərbaycan-Çin münasibətləri, Orta güc kimi Azərbaycanın yeni dünya nizamında rolu, Qərb dairələrinin anti-Azərbaycan fəaliyyəti və s. istiqamətlərdə fikirlərini bildirib.

Forumda Prezident İlham Əliyevin çıxışı zamanı toxunduğu həmin istiqamətlər üzrə millət vəkilləri, politoloqlar düşüncələrini “Xalq Cəbhəsi”nə bölüşüblər.

“Forumda cənab Prezident bir çox məsələlərə toxundu”

ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumun sayca 7-ci olduğunu diqqətə çatdırıb: “Bu forum bizim ADA Universitetinin ənənəvi forumudur. Biz hər il bu forumu keçiririk. Forum bəzi zamanlar hətta ildə iki dəfə keçirilib”.

Deputat bildirib ki, ənənəvi keçirilən bu forumda geniş məsələlər müzakirə olunur: “Forumda regional təhlükəsizlik, Qarabağ problemi, dünyada baş verən proseslər, energetika məsələləri, nəqliyyat dəhlizləri, Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri, beynəlxalq təşkilatlarda Azərbaycanın rolu kimi məsələlər müzakirə olunur. Budəfəki forum dünyada baş verən dəyişikliklər mövzusuna həsr olunmuşdu. Forumda cənab Prezident bir çox məsələlərə toxundu. O cümlədən dünyada Azərbaycanın rolu, həm beynəlxalq arenada, həm regional çərçivədə çox önəmli bir dövlət olması haqqında danışdı. Biz həm Asiya ilə Avropanı birləşdirən, həm Avropanın enerji təhlükəsizliyinə töhfə verən, həm də islam dünyasını, türk dünyasını gücləndirən bir dövlətik. Forumda bütün bu məsələlər müzakirə olundu. Gələcəkdə də belə forumların keçirilməsi planlaşdırılır”.

“Prezidentin fikirləri vergül və nöqtəsinə qədər dəqiqdir”

Milli Məclisin deputatı Sahib Alıyev forumda Azərbaycan Prezident cənab İlham Əliyevin Ermənistan haqqında dediyin fikirlərin vergül və nöqtəsinə qədər dəqiq olduğunu qeyd edib. Millət vəkili Prezidentin həmin fikirlərini xatırladıb: “Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur.
...Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən.
...Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq”.

“Onlar hamısı bizdə adını "Milli Şura" qoyan yığnağın başında duranlara bənzəyir”

S.Alıyev bildirib ki, ermənilərin, hayların, eləcə də oradakı digər etnosların maraqlarına qətiyyən cavab verməyən, Ermənistan üçün fəlakətdən başqa yaxşı heç nə vəd etməyən belə bir vəziyyətin niyə mövcud olmasının isə bir səbəbi var: “Qonşu ölkədəki bütün siyasi partiyalar, qruplaşmalar bu regionda sülhdənsə konfliktin qalıb idarə edilməsində maraqlı olan böyük dövlətlərə bağlıdırlar, onların əksər hissəsi ilk baxışda guya milli təəssübkeş təsiri bağışlasalar da, hamısı birmənalı şəkildə həmin dövlətlərin istək və təlimatlarına uyğun davranırlar. Yəni Ermənistanda hay və özəlliklə də erməni marağından çıxış edən demək olar ki, heç bir siyasətçi yoxdur, onların hamısı bizdə adını "Milli Şura" qoyan yığnağın başında duranlara bənzəyirlər”.

“Açıq suallar, müəmmalı situasiyalar var”

Politoloq Turan Rzayev deyib ki, Ukrayna müharibəsinin necə nəticələnəcəyi hər kəsi düşündürür, ABŞ-Rusiya danışıqları, Vaşinqtonun mövqeyi, Trampın açıqlamaları atəşkəs ehtimalını gündəmə gətirir: “Rusiya ilə Ukrayna arasında bu və ya başqa formada atəşkəs əldə olunsa da, daimi olacağı bəlli deyil. Açıq suallar, müəmmalı situasiyalar var. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı məhz bu məsələyə toxunub. Ölkə başçısı açıq sual səsləndirib: Atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? Əslində Prezidentin bu sualı yaşadığımız təcrübə əsasında verilir. Özünün də dediyi kimi, “İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır”. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması açıq və dəyişməzdir. Ölkə başçısının da ifadə etdiyi kimi, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Hətta bir çox ölkədən fərqli olaraq rəsmi Bakı Kiyevə humanitar yardım belə edib”.

“Atəşkəs heç zaman müharibəni dayandırmır”

Politoloqun sözlərinə görə, Prezidentin çıxışından bu qənaətə gəlmək olar ki, o, Ukrayna üçün, geniş mənada isə dünya üçün narahatdır: “Təbii ki, Rusiya-Ukrayna müharibəsinin atəşkəs adı altında uzanacağından, perspektivdə yenidən daha şiddətli formada başlaması ehtimalından və bunun regiona mümkün təsirindən xəbərdardır. Bunu çıxışı ilə də təsdiqləyir: “İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir”. Ukraynada atəşkəs əldə edilsə də, böyük ehtimalla Ermənistan-Azərbaycan atəşkəsində olduğu kimi, tez-tez pozulma halları olacaq. Başlıca səbəbi isə Rusiya və Ukrayna ordularındakı nizam-intizamsızlıqdır. Aydın məsələdir ki, Rusiya-Ukrayna arasında atəşkəs əldə edilsə də, bu, indiki məqamda müharibənin dayanmasında maraqlı olan qüvvələrə (Aİ və ABŞ) uyğundur. Yəni ABŞ bugünkü reallıqlara uyğun maraqlarını təmin etdikdən sonra yenidən üzünü Ukraynaya çevirəcək. Bu zaman isə daha dəhşətli müharibənin şahidi ola bilərik”.

T.Rzayev Prezident İlham Əliyev uzaqgörən, ağıllı lider və siyasətçi olduğunu vurğulayaraq əlavə edib ki, o, Rusiya-Ukrayna müharibəsinin gələcəyini görür və haqlı olaraq bunu Qarabağ münaqişəsi ilə əsaslandırır: “Necə ki Qarabağ müharibəsi 30 ildən artıq atəşkəslə donduruldu və sonda savaşla yekunlaşdı, Ukrayna müharibəsi də belə olacaq. Bunu Prezidentin sözləri də təsdiq edir: “Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir””.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri