Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Dünya reytinqində Azərbaycanın “rəqəmsal hökumət” rekordu

Dünya reytinqində Azərbaycanın “rəqəmsal hökumət” rekordu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dünyada dövlət idarəçiliyinin səmərəliliyi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti və əlçatanlığı getdikcə daha çox rəqəmsal transformasiyanın səviyyəsindən asılı olur. Buna görə də elektron hökumət sisteminin təkmilləşdirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və müasir texnologiyalara idarəetmə prosesində üstünlük verilməsi ölkələrin inkişaf strategiyasında daim diqqətdə saxlanılır. Azərbaycan da bu istiqamətdə həyata keçirdiyi ardıcıl islahatların nəticəsi olaraq beynəlxalq reytinqlərdə əhəmiyyətli sıralamada yer alır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, BMT-nin 19 noyabr 2026-cı il tarixində açıqladığı Elektron Hökumətin İnkişafı İndeksinin (EHİİ) nəticələrinə əsasən, Azərbaycan dünya reytinqində rekord irəliləyişə nail olub. Belə ki, ölkəmiz 2024-cü ildəki 74-cü mövqedən 36 pillə qalxaraq 38-ci yerə yüksəlib. Azərbaycanın ümumi indeks göstəricisi 0,8847 bal səviyyəsində qiymətləndirilib. Başqa sözlə, respublikamız 2024-cü ildə qeydə alınan 0,7607 balla müqayisədə 16,3 faiz artım əldə edib. Bu nəticə Azərbaycanın rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsinə görə “Çox yüksək EHİİ” kateqoriyasında mövqeyini möhkəmləndirdiyini göstərir. Eyni zamanda, ölkəmiz Avstriya, Yaponiya, Kanada və İsrail kimi dövlətlərin də təmsil olunduğu V3 altqrupuna yüksəlib. Əldə olunan göstəricilər isə Azərbaycanın rəqəmsal transformasiya sahəsində beynəlxalq təcrübəyə uyğunlaşmaqla kifayətlənmədiyini, bir sıra istiqamətlərdə qabaqcıl ölkələrlə rəqabət aparmaq imkanlarını genişləndirdiyini nümayiş etdirir.

BMT reytinqində önəmli yüksəliş

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən 2 ildən bir hazırlanan Elektron Hökumətin İnkişafı İndeksi dünya ölkələrinin rəqəmsal dövlət idarəçiliyi sahəsindəki uğurlarını qiymətləndirən əsas beynəlxalq göstəricilərdən biridir. İndeks ölkələrin inkişaf səviyyəsini 3 əsas komponent – Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) əsasında müəyyənləşdirir. 

2026-cı il hesabatında rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğunlaşdırılmış xidmət modelləri və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlərə də xüsusi diqqət yetirilib. Bu yanaşma rəqəmsal hökumətin inkişafının təkcə elektron xidmətlərin sayının artırılması ilə məhdudlaşmadığını, dövlət-vətəndaş münasi-bətlərinin daha çevik, inteqrasiya olunmuş və istifadəçiyönümlü model əsasında qurulması-nın önəmini diqqətə çatdırır. Azərbaycanın hesabatda hər 3 əsas komponent üzrə irəliləyiş əldə etməsi ölkədə rəqəmsal inkişafın kompleks xarakter daşıdığını təsdiqləyir. Xüsusilə Onlayn Xidmətlər İndeksi üzrə qeydə alınan nəticə böyük maraq doğurur. Belə ki, Azərbaycan bu göstərici üzrə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünyada 11-ci mövqeyə yüksəlir. Bu, ölkəmizin elektron dövlət xidmətlərinin inkişafı sahəsində əldə etdiyi ən mühüm beynəlxalq nəticələrdən biridir.

Onlayn Xidmətlər İndeksi isə dövlət xidmətlərinin rəqəmsal mühitdə inkişaf səviyyəsini 5 əsas altindeks üzrə qiymətləndirir. Bunlara institusional çərçivə, xidmətlərin və məzmunun təqdim edilməsi, texnologiya, eləcə də vətəndaşların iştirakı və proseslərə cəlb olunması daxildir. 

Azərbaycanın bu istiqamətdəki nəticələri bir sıra inkişaf etmiş ölkələrin göstəricilərini də üstələyib. Ölkəmiz onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya, İslandiya, ABŞ, Kanada, Norveç və Avstraliya kimi dövlətlərdən daha yüksək mövqedə qərarlaşıb. Xüsusilə xidmətlərin təqdim edilməsi altindeksi üzrə Azərbaycanın dünyada 10-cu yerdə olması, institusional çərçivə üzrə isə birinci mövqeyə yüksəlməsi diqqətəlayiq nailiyyətdir. Xidmətlərin təqdim edilməsi göstəricisi üzrə Azərbaycan dünya EHİİ rey-tinqində səkkizinci yerdə olan Estoniya ilə eyni – 10-cu mövqeni bölüşür.

Bu rəqəmlər ölkəmizdə rəqəmsal xidmətlərin təkcə texniki baxımdan genişləndirilmədiyini, həm də onların hüquqi, institusional və təşkilati əsaslarının təkmilləşdirildiyini göstərir. Başqa sözlə, əldə olunan uğur ayrı-ayrı elektron xidmətlərin istifadəyə verilməsinin deyil, bütöv rəqəmsal idarəetmə sisteminin formalaşdırılmasının nəticəsidir.

Dövlətin rəqəmsal keçid siyasəti

 Azərbaycanın beynəlxalq reytinqdə belə yüksək nəticə əldə etməsi, ilk növbədə, rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ilə bağlıdır. Son illər bu sahədə strateji sənədlərin qəbulu, institusional mexanizmlərin yaradılması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və müasir texnologiyaların idarəetməyə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Rəqəmsal transformasiyaya sistemli yanaşmanın formalaşmasında Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və müəyyənləşdirdiyi strateji hədəflər mühüm rol oynayır. Dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi ölkədə rəqəmsal inkişafın yeni mərhələyə qədəm qoymasının əhəmiyyətli göstəricisidir.

Bununla yanaşı, Rəqəmsal İnkişaf Konsepsiyasının, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın və digər strateji sənədlərin qəbul edilməsi bu istiqamətdə görülən işlərin hüquqi və institusional əsaslarını daha da möhkəmləndirib. Məlumat infrastrukturunun inkişafı, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və dövlət qurumlarının fəaliyyətində operativliyin artırılması da strategiyanın həyata keçirilməsini sürətləndirib. Müasir dövrdə rəqəmsal hökumətin dayanıqlılığı məhz bu komponentlərin qarşılıqlı əlaqəsindən asılıdır. Ona görə də dövlət xidmətlərinin rəqəmsallaşdırılması ilə yanaşı, məlumatların təhlükəsizliyinin təmin edilməsi, informasiya sistemlərinin inteqrasiyası və texnoloji infrastrukturun yenilənməsi xüsusi əhəmiyyət daşıyır. BMT-nin 2026-cı il hesabatında Azərbaycanın 38-ci mövqeyə yüksəlməsi, Onlayn Xidmətlər İndeksi üzrə dünya miqyasında 11-ci, xidmətlərin təqdim edilməsi altindek-si üzrə 10-cu, institusional çərçivə üzrə isə birinci yeri tutması ölkəmizin rəqəmsal hökumət quruculuğunda ciddi potensiala malik olduğunu təsdiqləyir.

V.BİNYATOĞLU

XQ

Ekspert rəyi

Elvin ABBASOV, İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri 

İki il ərzində 74-cü yerdən 36 pillə irəliləyərək dünyada 38-ci mövqeyə yüksəlmək və “Çox yüksək EHİİ” kateqoriyasının V3 altqrupuna daxil olmaq texnoloji arxitekturamızın düzgün qurulduğunu göstərir. Bu sıçrayışın ən diqqətçəkən tərəfi Onlayn Xidmətlər İndeksi üzrə 56 pillə irəliləyərək dünya 11-cisi olmağımızdır. Bu göstərici ilə ABŞ, Böyük Britaniya, Kanada və Norveç kimi ölkələri geridə qoymuşuq. Xidmətlərin təqdimatı üzrə Estoniya ilə 10-cu yeri bölüşmək, institusional çərçivə üzrə isə dünyada 1-ci pillədə qərarlaşmaq ekosistemin yetkinliyini təsdiqləyir.

Nəticənin arxasında duran əsas texnoloji dayaqlar “mygov” üzərindən “Bir pəncərə” prinsipinin tətbiqi, “digital.bridge” ilə qurumlararası real vaxt rejimində məlumat mübadiləsi və Rəqəmsal Sənəd Dövriyyəsidir. Dövlət başçısının müəyyənləşdirdiyi rəqəmsal arxitektura xətti, 2026–2028-ci illər Fəaliyyət Planı və Rəqəmsal İnkişaf Şurasının koordinasiyası bu proseslərin sistemli şəkildə icrasına şərait yaradaraq dövlət xidmətlərində bürokratiyanı və insan faktorunu minimuma endirir. Onlayn Xidmətlər İndeksi üzrə əldə olunan 11-ci yer isə göstərir ki, dövlətin rəqəmsal xidmət infrastrukturu artıq qlobal liderlər səviyyəsindədir. Növbəti mərhələdə telekommunikasiya infrastrukturunun daha da genişlənməsi və insan kapitalının rəqəmsal bacarıqlarının artırılması ilə ümumi reytinqdə ilk 20-liyə daxil olmaq tamamilə real hədəfdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri