Icma.az
close
up
RU
Dünya səyyahları Qarabağda

Dünya səyyahları Qarabağda

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, dünyanın 15 ölkəsindən ölkəmizə qonaq gəlmiş səyyahlar Qarabağ və Şərqi Zəngəzurun rayonlarına səfər ediblər. Qonaqlar Füzuli, Xocavənd, Şuşa, Xankəndi, Xocalı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan və Cəbrayılda olublar.

Amerikalı Çarlz Vilinin rəhbərlik etdiyi dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun xəttilə bir neçə gün ərzində 30 nəfərlik heyət yenidən qurulan bölgələrdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub. Qonaqlara məlumat verilib ki, infrastrukturun qurulması ilə yanaşı, rayonların əsl tarixi siması özünə qaytarılır, abidələr bərpa olunur. Səyyahlar Şuşa, Xankəndi və Laçındakı şəhər poçtlarından öz vətənlərinə məktublar göndəriblər. Onlardan biri – səyyahlar klubunun üzvü, irlandiyalı səyyah Devid Cozef Langan deyib: “Göndərdiyim poçt kartlarında möhtəşəm Şuşa qalası əks olunub. Həmçinin poçt markaları vurulub və bu günün tarixi yazılıb. Bu yeni poçtlar çox gözəldir. Əməkdaşları da gülərüz və mehribandırlar. Burada keçirdiyim günlər həmişəlik yaddaşımda qalacaq”

Laçında MTP klubunun üzvləri “Hoçazfilm” yaradıcılıq studiyasının pavilyonuna və “Yurd qalareyası”na gələrək, çəkilişləri müşahidə edib, yerli sakinlərin toxuduğu xalçalarla tanış olub, “Gilabi Ceramics” mərkəzində isə gildən hazırlanan əl işlərinə baxıblar.

Marşrut üzrə gəzilən hər yerdə səyyahlara Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər barədə ətraflı bilgilər verilib və bildirilib ki, artıq 5 ilə yaxındır, ərazilərimiz qarış-qarış ermənilərin basdırdığı minalardan təmizlənir. Cəbrayıl rayonunun Mehdili kəndində minatəmizləmə işlərinin həyata keçirildiyi əraziyə baxış keçirilib.

Ümumiyyətlə, bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradıb.

Jurnalistlərlə söhbətində beloruslu səyyah Yelizaveta Makey təəssüratını belə bölüşüb: “Biz burada iqtisadi artımı, çoxsaylı inşaat obyektlərini, insanların bu bölgənin inkişafı üçün necə böyük əzmlə çalışdıqlarını müşahidə edirik. Buna qəlbən sevinirəm. Hesab edirəm ki, bu ərazi turizm, ümumiyyətlə, beynəlxalq turizm üçün çox cəlbedicidir. Qarabağın şəhərlərinə səfər edəndə yeni tikilən binalarda gözəl və ənənəvi memarlıq üslublarını görmək olur. Qarabağ elə yerdir ki, burada tarixi duymaq, ənənəvi mətbəxin dadına baxmaq, dağ landşaftından həzz almaq mümkündür. Bölgənin çox gözəl havası var”.

Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas səyyahlar klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfərlər təşkil edilib və səyyahlar səfər edib. 500 nəfərdən çox səyyah erməni işğalından azad olunmuş əraziləri gəzib, zəngin təəssürat əldə edib. Budəfəki səfər sayca 14-cü qrup səfəri idi.

Ə.ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyul 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri