Icma.az
close
up
RU
Azərbaycanda Süni İntellekt Komitəsi sədr kim olacaq

Azərbaycanda Süni İntellekt Komitəsi sədr kim olacaq

Icma.az, Modern.az saytına istinadən bildirir.

Dünyanın süni intellekt mənzərəsi

Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə hüquqi çərçivələrin yaradılması əksər ölkələrdə idarəçiliyin strateji zərurətinə çevrilir.

Son illərdə dünya ölkələrinin müxtəlif tənzimləmə modelləri arasındakı fərqlər göstərir ki, süni intellektin iqtisadi faydası paralel şəkildə qurulmuş hüquqi institutların funksionallığı ilə ölçülür.

Məsələn, 2023-cü ildə Böyük Britaniya Hökuməti süni intellekt və rəqəmsal təhlükəsizlik sahələrinin koordinasiyası üçün yeni vəzifə təsis edib.

“Parliamentary Under-Secretary of State for Artificial Intelligence and Intellectual Property” adlandırılan bu vəzifə alt-nazirlik səviyyəsindədir. Bu vəzifəni ilk tutan şəxs isə Conatan Berri olub. Bu struktur həm süni intellekt təhlükəsizliyi, həm də biznes innovasiyasının balanslaşdırılması üçün mərkəzləşdirilmiş idarəetmə modeli təqdim edir.

Digər tərəfdən, Avropa İttifaqının “AI Act” çərçivəsi yüksək riskli sistemlərə görə şirkətlərin məsuliyyətini artırır, şəffaflıq, audit, insan nəzarəti və s. üzrə konkret tələblər qoyur.

ABŞ isə daha çevik, sektor-əsaslı model tətbiq edir. NIST-in təqdim etdiyi “AI Risk Management Framework” şirkətlər üçün universal standart rolunu oynayır. Çin bu sahədə mərkəzləşdirilmiş nəzarəti gücləndirərək generativ süni intellekt servisləri üçün qeydiyyat, məlumat etiketi və təhlükəsizlik qiymətləndirməsi kimi öhdəlikləri tətbiq edir.

Göründüyü kimi dünyanın aparıcı ölkələri bu sahədə artıq institusional strukturlar yaradır. Süni İntellekt Agentlikləri (İtaliya), Süni İntellekt Təhlükəsizlik Komitələri (ABŞ), Süni İntellekt üzrə milli audit orqanları (BƏƏ), həmçinin BMT yanında qurulan “AI Governance Initiative” kimi qlobal platformalar süni intellektin idarə olunmasını dövlətlərin uzunmüddətli təhlükəsizlik prioritetinə çevirir.

Türkiyə bu mənada daha irəli gedən nümunədir. Ölkə 2021–2025-ci illəri əhatə edən “Milli Yapay Zeka Stratejisi”ni qəbul edib. Dövlət qurumları üçün süni intellekt tətbiq standartlarını təsbit edib. TUBİTAK nəzdində geniş tədqiqat-ekosistemi formalaşdırıb.

Eyni zamanda, Türkiyə rəqəmsal tənzimləmə orqanı olan “Dijital Dönüşüm Ofisi” vasitəsilə süni intellektin dövlət xidmətlərinə inteqrasiyası üzrə institusional çərçivə yaradıb.

Bu qlobal və regional mənzərə göstərir ki, süni intellekt qanunvericiliyinin formalaşdırılması hər bir dövlət üçün strateji məsələdir.

İnnovasiya və təhlükəsizlik balansı, insan hüquqlarının qorunması, rəqəmsal iqtisadiyyatın sabitliyi və dövlət-parlament nəzarət mexanizmlərinin işləkliyi bu çərçivədən keçir.

Azərbaycanda belə bir normativ baza yaradılması texnoloji tərəqqi ilə yanaşı, həm də geopolitik rəqabətlilik və milli təhlükəsizlik baxımından vacib mərhələdir.

Milli Məclisdə süni intellektlə bağlı ayrıca bir komitənin yaradılması zərurətdir

Məsələ ilə bağlı "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında ölkəmizdə süni intellektin hüquqi bazasının yaradılması və tənzimlənməsi sahəsində Milli Məclisin rolunu xüsusi ilə vurğulayıb:

“Süni intellekt dünyanın əsas nəbzlərindən biridir və süni intellektin inkişafı istənilən ölkənin inkişafına gətirib çıxarır. Azərbaycanın hüquqi institusional inkişaf trayektoriyası və qlobal texnoloji tendensiyalar fonunda Milli Məclis səviyyəsində süni intellektlə bağlı ayrıca bir komitənin, alt komitənin və ya daimi işçi qrupunun yaradılması artıq zəruri mərhələyə daxil olan məsələlərdən biridir.

Süni intellektlə bağlı bir neçə ay əvvəl cənab Prezident tərəfindən strategiya da qəbul olunmuşdur. Bu da məsələni daha da zəruriliyini göstərir. Dünya praktikasında bu sahədə parlament strukturlarının formalaşması təsadüfi deyil. Süni intellektin hüquqi, etik və təhlükəsizlik çərçivələri artıq klassik komitələrin mövcud mandatlarının aşılmasını zəruri edir”.

Texnologiya sürətlə inkişaf edir, qanun isə geridə qalır

Onun sözlərinə görə, bu məsələnin vacibliyi ilə bağlı beş strateji ehtiyac var:

“İlk növbədə hüquqi boşluqların qısa müddətdə aradan qaldırılması və süni intellektin idarə olunmasının vahid qanunla tənzimlənməsi məsələsidir ki, buraya şəxsi məlumatların qorunması, kibetəhlükəsizlik, məsuliyyət bölgüsü, müəllif hüquqları, alqoritmik şəffaflıq kimi çox şaxəli sahələr də daxildir. Bu mövzular isə hazırda komitələrin dar mandatına uyğun gəlmir. Ona görə də yeni bir strukturun, komitənin yaradılması vacibdir.

İkinci vacib istiqamət hökumət-parlament koordinasiyasının genişləndirilməsidir. Süni intellektlə bağlı qərarlar müxtəlif sahələrin kəsişməsində yaranır. Ayrı bir işçi qrupunun olması icra hakimiyyəti ilə parlament arasında daha koordinasiyalı, effektiv, çevik və analtik iş birliyini təmin edəcək.

Üçüncü istiqamət texnoloji transformasiyanın milli maraqlara uyğunlaşdırılmasıdır. Süni intellekt iqtisadi artım və milli təhlükəsizlik baxımından strateji sahədir.

Dördüncü istiqamət etik standartların formalaşdırılmasıdır. Süni intellekt cəmiyyətə birbaşa təsir göstərir. Bu səbəbdən insan hüquqları, uşaqların müdafiəsi, diskriminasiya, qərəz və sosial ədalət məsələləri, dezinformasiya və digər mövzular üzrə parlament nəzarətinin gücləndirilməsi vacibdir. Parlament daxilində kiber cinayətkarlıqla bağlı müvəqqəti komissiya yaradılması bu elemetin bir hissəsindən ibarətdir.

Beşinci istiqamət sosial proseslərdən geri qalmamaqdır. ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya, Cənubi Kareyə, Çin də daxil olmaqla bir çox ölkədə süni intellekt üzrə ayrıca parlament strukturları fəaliyyət göstərir. Azərbaycanın regional liderlik ambisiyasına uyğun olaraq bu addım qiymətləndirilməlidir. Qonşularımız da bu sahədə sürətlə irəliləyirlər. Məsələn, bir neçə gün bundan əvvəl Ermənistanda böyük şirkətlər tərəfindən süni intellekt sahəsinə 500 milyon dollardan artıq investisiya yatırılıb”.

Əliməmməd Nuriyev belə bir struktur konkret boşluqları aradan qaldıracağını da bildirib.

Belə bir komitənin və ya işçi qrupunun yaradılması üstünlüklərindən danışan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti vurğulayıb ki, bu ilk növbədə hüquqi üstünlük verəcək.

“Belə bir komitənin yaradılması bütün sahələri əhatə edən süni intellekt qanunvericiliyini vahid çərçivəyə salır. Texnologiya sürətlə inkişaf edir, qanun isə geridə qalır. Bu struktur texnologiyanı qabaqlayan hüquqi tənzimləməni mümkün edə bilər".

Komitə nə qədər tez yaradılsa, o qədər də sürətli işə başlayıb, üzərinə düşən öhdəlikləri yerinə yetirər

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger, Azərbaycanda ilk süni intellekt botunun yaradıcısı Fərid Pərdəşünas da süni intellektlə bağlı hüquqi bazanın formalaşması üçün parlamentdə müvafiq komitənin yaradılmasının önəmli olduğunu qeyd edib:

“Nəzər almaq lazımdır ki, ölkəmizin Süni İntellekt Konsepsiyası da artıq təsdiqlənib. Bu konsepsiya bir çox qurumlarda uyğunlaşdırmalar, hüquqi bazanın yaradılması, hüquqi məsələlərin tənzimlənməsi detallarını özündə əks etdirir. İşin hüquqi, qanunverici tərəfi parlamentdə olduğuna görə Milli Məclisdə belə bir komitənin yaradılmasına ehtiyac var”.

Onun sözlərinə görə, belə strukturun formalaşması bəzi məsələlərə operativ reaksiya göstərməyə, təkliflər formalaşdırmağa, əlavələr, dəyişikliklər etməyə uyğun və adekvat bir komitə olar. 

“Belə bir komitənin yaradılması gələcəkdə zərurət halına çevriləcək və nə qədər tez yaradılsa, o qədər də sürətli işə başlayıb, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilər”, deyə o, fikrini tamamlayı.

Belə bir komitəyə kimin rəhbərlik edəcəyi məsələsi də müzakirə mövzusudur. Ekspertlər hesab edirlər ki, bu şəxs müasir texnoloji biliklərə sahib olmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri