Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Xəzərin iki hissəyə bölünməsi iddiaları əsassızdır MÜSAHİBƏ

Xəzərin iki hissəyə bölünməsi iddiaları əsassızdır MÜSAHİBƏ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan son illər ekoloji baxımdan ən həssas dövrlərdən birini yaşayır. Xəzər dənizinin səviyyəsinin davamlı enməsi, içməli su ehtiyatlarının azalması, sənaye və məişət çirklənməsi, eləcə də iqlim dəyişikliklərinin doğurduğu təsirlər ölkənin təbii balansını ciddi şəkildə sarsıdır.

Bu reallıq cəmiyyətdə “Azərbaycanın ekoloji sabahı necə olacaq?” sualını aktuallaşdırır. Su qıtlığı və torpaq deqradasiyası kimi problemlər artıq təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşın gündəlik narahatlığına çevrilib.

Modern.az mövzusunun aktuallığını nəzərə alaraq ətraf mühit məsələləri üzrə tanınmış ekspert, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovla həmsöhbət olub. 

- Rövşən müəllim, ölkədə su çatışmazlığı həyəcan yaradacaq səviyyədədirmi?

- Bəli. Həm içməli su qıtlığı var, həm də suvarma suyu. Suvarma əkinçiliyi ölkədə inkişaf edib. Əvvəllər də əkinçilik intensiv məşğul olunan peşə idi. Digər tərəfdən suvarma suyunun çatışmazlığı hiss olunur. Suya tələbatı çox olan bitkilər daha çox yetişdirilib. Su resurslarından normadan artıq istifadə ekosistemlərdə problem yaradır. Bir çox hallarda çaylardan götürülən sular o qədər çox olur ki, çayın özündə su qalmır.

- Su qıtlığı əhalinin miqrasiyasına gətirib çıxara bilər?

- Əlbəttə. Su çatışmazlığı su ilə birbaşa bağlı olan təsərrüfat sahələrinə təsir edir. Bu da öz növbəsində insanların öz təsərrüfatını tərk etmələri ilə nəticələnə bilər.

Çayların suyunun azalması balıqçılığa təsir edir.  Azərbaycanın çayları nərə balıqları üçün kürü tökmə yeri olub. Xəzər dənizindən çıxan balıqlar kürü salmaq üçün kütləvi halda çaylara üzürdü. Sonra Xəzər dənizinə qayıdır. Belə əlaqələr demək olar ki, itib. Biomüxtəlifliyin azalması müşahidə olunur. Ümumiyyətlə, iqlim dəyişikliyi bio fərqi yaradan ən mühüm amildir.

Bu, Salyan, Neftçala, Xaçmaz kimi tarixən balıqçılıqla məşğul olan yerlərimizə təsirini göstərəcək. Artıq indi də bunu müşahidə etmək olur. İnsanların gəlirinə ciddi təsir etməklə yanaşı Azərbaycan balıqçılıq sənayesi üçün də ciddi problemlər yaranır. Rayonlardan Bakıya köçü şərtləndirən amil kimi bu qeyd olunmalıdır.

Təbii ehtiyatların azalması, ekoloji tarazlığın pozulması təsərrüfatın bütün sahələrinə təsir edir. Tək balıqçılıq yox, əkinçilik, heyvandarlıqla məşğul olanlar da çətinlik çəkirlər.

Təsərrüfatın bütün növləri ənənəvi, nəsildən-nəsilə ötürülən sahələr olsa da gəlirlərin azalması insanların  tam fərqli peşələrə yönəlməsi ilə nəticələnir. Kənd təsərrüfatını tərk edən insan bir daha onunla məşğul olmur. Şəhər həyatına uyğunlaşma, peşə vərdişlərini yadırğama geri dönüşü çox çətin edir. Ətraf mühit problemi sosial problemlərin başlanğıcıdır.

- Xəzərin suyunun azalması artıq adi gözlə də müşahidə edilir. Bu barədə nə deyə bilərsiniz?

- Xəzərin suyunun 80%-i Volqa çayından gəlir. 1950-ci illərin ortalarından başlayaraq Volqa üzərində böyük su anbarları tikilib. Hətta bu anbarlar o qədər böyükdür ki, dəniz adı da alıb. (Samara, Rubinsk dənizləri). Hövzə yaradılması, buxarlanma, filtrləmə böyük su itkiləri deməkdir. Xəzərsahili rayonlarda əhali artımı da önəmli faktordur.

Qeyd etmək lazımdır ki, Kür və Araz əvvəlki kimi bol sulu çaylar deyil. Xəzərə gələn çaylardan tək biz yox, qonşu ölkələr – Türkiyə, Gürcüstan, Ermənistan da istifadə edir. Xəzərin səviyyəsini bərpa etmək ona yığılan çayların suyunun artırılması ilə mümkündür.

Urmiya, Aral dənizi hövzəsi və Xəzər – bu göllərin hər üçü daxili göllərdir. Çay suları ilə mövcudluğunu saxlayır. Urmiya gölünün quruması da bənzər səbəblə oldu. Əvvəl gölə gələn çaylar qurudu. Həm də təsərrüfat strategiyası düzgün aparılmamışdı. Göl ətrafında çox su tələb edən bitkilər əkilirdi. Xəzərdə də analoji proses gedə bilər və getməkdədir. Həştərxanda əkinçilik inkişaf etdirilib ki, onun da su tələbatı Xəzərə gələn Volqa çayı ilə ödənilir.

Bununla belə düşünürəm ki, Xəzərin iki hissəyə bölünməsi, tamamilə quruması iddiaları əsassızdır. Volqa kimi Xəzərə axan çayın mənbəyi soyuq ərazidən gəlir. Soyuq ərazi buzlaq, buxarlanma azlığı kimi faktorlar hesabına depo hesab edilir.

- Təbiətin mühafizəsi ilə bağlı tutulan cərimələr təbiətin özünə necə yönəldilir? Bu mümkündür?

- Azərbaycanın qorunan ərazilərində çox ciddi cərimələr tətbiq olunur. Maliyyə sanksiyasının əsas məqsədi təbiəti bərpa etmək deyil. Lakin çəkindirici təsirinə görə məqsədəmüvafiq hesab etmək olar. Tələf edilən heyvanları geri qaytarmaq mümkün olmasa da, cərimələr təbiətin potensialının artırılmasına yönəldilir. Statistika göstərir ki, cəza tətbiqi dəyə biləcək ziyan ehtimalını azaldır.

- Ekoloq kimi təbiəti qorumaq yönündə vətəndaşlara nə tövsiyə edirsiniz?

- Təbiətə töhfə istiqamətində fərdin optimal addımı plastik tullantıların mühitə atmaması olardı. Bu istiqamət qanunvericiliklə tənzimlənməyə başlansa da yeni sxemə ehtiyac var. Daha kəskin məhdudiyyət və qadağalar tətbiq olunmalıdır. İçki, ümümiyyətlə, maye-məhlul istehsal edən şirkətlər öz tullantılarına nəzarət etməlidir. Boş qabları geri almalı, lazımi məntəqəyə təhvil verilməlidir. Marketlərdə boş qabların ödəniş müqabilində təhvil verilməsi müsbət nəticə verər.

- Azərbaycan əhalisini yerli resurs hesabına təbii qidalarla təmin etmək mümkündürmü? Yoxsa biz də xarici təcrübəyə müraciət edib süni, faydası olmayan qidaları istehsal etməyə məcburuq?

Azərbaycan təbii ehtiyatlara zəngin ölkə kimi öz əhalisini təbii qida ilə təmin etmək gücündədir. Sadəcə, təbii qida hasilatı dəstəklənməlidir. Ənənəvi təsərrüfata qayıdış təbliğ olunmalı, fermer və iş adamlarına sərmayə ayrılmalıdır. Baxın, bizdə bal istehsalı son zamanlar necə artıb? Ərzaq istehsalına da belə maraq yaranmalıdır. Kiçik sahibkarlığa, ailə təsərrüfatına təkan daha yaxşı nəticə verər. Yerpulu, fəhləyə ödəniş etməyən ailə daha çox məhsuldarlığa nail olar.

- Alternativ enerji mənbələrindən istifadə həqiqətən ziyansızdır ya sərfəsiz tərəfləri var?

Alternativ enerji mənbələrinin tətbiqində məqsəd təbiəti qorumaqdır. Lakin hər zaman effektivlik alınmır. Külək enerjisini idarə etmək çətindir. İstehsalı böyük xərc tələb edir. Avadanlıqları tez-tez sıradan çıxır.

Plana görə 2030-cu ilə qədər enerjiyə tələbatın 35%-i alternativ enerji mənbələri ilə təmin olunmalıdır.

Təqdirəlayiqdir lakin əks təsirləri də var. Köhnəlmiş günəş panellərinin, batareyalarının utilizasiyası ayrıca işdir. Yenilənməyə, təkrar istehsala infrastruktur lazımdır.

- Enerjinin depolanmasına ölkəmizdə zərurət varmı?

Enerji depolanması üçün sərfəli metod yaşıl hidrogendir. Hidrogeni depolayıb neft-qaz kimi qeyri-müəyyən müddətə qədər saxlamaq mümkündür. Kimyəvi maddə kimi istənilən istənilən müddət üçün  konservləşdirmək olar. Bu istiqamətdə Azərbaycanın potensialı çox böyükdür. Yaşıl hidrogen Azərbaycanın gələcək, əsas enerji mənbələrindən biri kimi nəzərdən keçirilir. Bizdə bunun istehsalı başlanacaq.

- Bəzən Bakıda palçıqlı yağış yağır. 2010-cu illərdə bir dəfə lap kəskin çirkli yağış oldu. Buna görə narahatlığa dəyərmi?

- Turşulu yağışlar çox ziyanlıdır. Təbiətə və insana ziyanı çoxdur. Palçıqlı yağış isə atmosferin çirkli olmasının əlamətidir. Şəhər mühiti tozlu olur. Hər hansı sərhədlənmə mümkün olmadığı üçün meqapolislərdən toz axını mümkündür. Bizə tropik enlikdən toz təsiri var. Bakıda da toz miqdarı normadan artıqdır. Müdafiə olaraq yaşıllığın artırılması və avtomobillərdən az istifadə düzgün qənaətdir.

- Fotomüqayisələr göstərir ki, Bakı şəhəri bozlaşır. Bunu sərt tənqid edənlər, sovet dövrü Bakısının həsrətini çəkənlər də az deyil. Ağacların qırılması, binaların sürətlə tikilməsi hədəfə alınır.

- 1980-ci illərin Bakısı ilə müqayisədə indiki Bakıda parklar daha geniş ərazidədir. “Qış parkı” nümunəsində hiss edirik ki, hava təmizlənib. Diqqət etsək, görürük ki, Bakı və Bakıətrafı bütün parklar çox geniş ərazidə salınır. Bakıda böyük bir hava dəhlizi əmələ gəlib. Yol kənarı ağacların əkilməsi də davam etdirilməlidir. Səki yanındakı ağaclar  avtomobil tüstülərinin udulması üçün əkilir.

Fikrimcə, hər bir yolda hətta magistral kənarında da piyada hərəkəti üçün səki olmalıdır. Bu da dolayısı yolla ekologiyanı qorumaqdır. Piyada yolda rahat hərəkət edərsə, istər-istəməz avtomobildən istifadə azalacaq. Həm də sağlamlıq üçün şərt ödənmiş olur. Bəzi yollarımızda isə səki olmadığı üçün insanlar məcburiyyət qarşısında miniklə hərəkət edir. Və ya baxırıq ki, səki var, avtomilləri saxlayıblar səkidə. Ümumiyyətlə, harada ev varsa, orada səki olmalıdır.

Bəxtimiz gətirib ki, bir tərəfimiz dənizdir. Dəniz üzərinin təmizliyi şəhərə təmiz hava axını yaradır. 

Aradan qaldırılmalı problemlər də var. Bəziləri tərəfindən yaşıllıqların tutulması halları olur. Obyektlərin ətrafında ağacların, səkilərin tutulması yolverilməzdir, qeyri-qanuni hesab olunmalıdır.

1970-ci illərin yaxşı ənənələri var idi. Yaşıllıq üçün quraqlığadavamlı yerli növ eldar şamları əkilirdi. Buna bənzər başqa ağac növlərimiz də var. Bir-iki il suladıqdan sonra suvarmaya ehtiyac olmur. Qazona yox, təbii ot örtüyünə üstünlük verilməlidir. Bu zaman suvarmaya tələbat azalacaq. Çöllərdə yabanı otları kim suvarır? Lakin onlar bitir. Qazonlar daha çox estetik təyinatlıdır. Təbii bitki isə havaya qatqı verə bilir.

Yüksəkmərtəbəli binaların inşası da qeyd olunmalıdır. Məqsəd artan əhalinin yerləşdirilməsi olsa da bərabərində problemlərə yol açır. Su-kanalizasiya problemi bu mənada da aktual qalır. Hava axınının qarşısının alınmaması üçün binaların ara məsafəsi mütləq nəzərə alınmalı idi. Bakıya Şimal və Cənub küləkləri əsir. Lakin axın üçün şərait yaradılmalıdır. 4-5 mərtəbəli binalar olan yerdə havanın keyfiyyəti daha yaxşı olur.  

- Bakıətrafı kəndlərdə yeraltı sulardan istifadə olunur. Həmən sular şəhərin altında keçir. Tikinti-quruculuq işi ilə ağırlaşan Bakı üçün bunun təhlükəsi varmı?

Yeraltı suların şəhərə ziyan vurmaması üçün təhlükəsizlik qaydalarından istifadə olunmalıdır. Eyni zamanda bəhrələnmək olar. İçməli su deyil. Çirkab sularına qarışma ehtimalı da var. Amma quyularda toplayıb şəhərdaxili suvarmada istifadə etmək olar. 

- Qoruqların sayını qənaətbəxş sayırsınızmı?

1990-cı illərdən sonra Azərbaycanda qoruqların sayı 30%-ə qədər artırılıb. Bu yaxınlarda “Axar-baxar” Milli Parkı yaradıldı. Kürün mənsəbində yeni qoruqların yaradılması nəzərdə tutulur. Qarabağda bu iş xüsusən aparılır. Ekoloji koridor və geoparkların yaradılması planı var. Bu istiqamətdə fəaliyyətlər ürəkaçandır.

Cavid Zahidoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri