Icma.az
close
up
RU
Dünya Türk Dili Ailəsi Gününün qeyd edilməsi türk dillərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır

Dünya Türk Dili Ailəsi Gününün qeyd edilməsi türk dillərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


15 dekabr – Dünya Türk Dili Ailəsi Günü (World Turkic Language Family Day) türk dünyasının mədəni, tarixi və mənəvi birliyini simvolizə edən əlamətdar bir gündür. Bu günün təsis edilməsi UNESCO-nun 43-cü Baş Konfransında, qədim və zəngin tarixə malik Səmərqənd şəhərində (Özbəkistan) qəbul edilən qərarla rəsmiləşdirilib. Bu faktın özü belə türk dillərinin bəşəri mədəniyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını açıq şəkildə göstərir.
Türk dili ailəsi minilliklər boyu formalaşmış, geniş coğrafiyaya yayılmış, zəngin ədəbiyyatı, folkloru, fəlsəfəsi və dövlətçilik ənənələri ilə dünya mədəniyyətinə mühüm töhfələr vermişdir. Bu dillər yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda türk xalqlarının yaddaşı, kimliyi, dünyagörüşü və ortaq taleyinin daşıyıcısıdır. Altaylardan Balkanlara, Sibirdən Orta Asiyaya qədər uzanan bu dil ailəsi tarix boyu xalqları bir-birinə bağlayan güclü bir körpü rolunu oynayıb.
Dünya Türk Dili Ailəsi Gününün qeyd edilməsi, türk dillərinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qloballaşma şəraitində milli dillərin zəiflədiyi bir dövrdə bu cür beynəlxalq təşəbbüslər dilimizin yaşadılması, elmi tədqiqatların genişləndirilməsi və türk xalqları arasında mədəni əməkdaşlığın gücləndirilməsi üçün mühüm stimul yaradır.
Bu gün bizə bir daha xatırladır ki, dil millətin varlığıdır. Türk dillərinin hər biri ortaq kökdən qidalanan, lakin özünəməxsus zənginliyi olan böyük bir mədəni ailənin üzvləridir. Bu ailənin qorunması isə hər bir türk xalqının, hər bir ziyalının, hər bir vətəndaşın mənəvi borcudur.
Dünya Türk Dili Ailəsi Günü münasibətilə bütün türk xalqlarını təbrik edir, dilimizin, mədəniyyətimizin və ortaq dəyərlərimizin daim yaşamasını arzulayıram.
Əli İbrahimov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see364

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see249

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri