Icma.az
close
up
RU
“Bu, türk dünyasının vahid siyasətinin qorunması baxımından əhəmiyyət daşıyır”

“Bu, türk dünyasının vahid siyasətinin qorunması baxımından əhəmiyyət daşıyır”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Cənab Ərdoğan 11 iyulda PKK üzvlərinin silahları təhvil verməsi münasibətilə tarixi çıxışında qeyd etdi ki, Türkiyə 47 ildir ki, terrordan əziyyət çəkir. Əslində, kürd millətçilərinin silaha sarılma tarixi daha əvvələ, Osmanlının dağılması, yeni cumhuriyyətin doğuşu dövrünə gedib çıxır. Ərdoğan Türkiyə üçün yeni bir səhifə açıldığını, “Terrorsuz Türkiyə” siyasi prosesinin AKP və MHP-dən ibarət “Cumhur İttifaqı” üzvləri və DEM Partiyası kimi kürd siyasi qrupu ilə birgə aparılacağını bəyan etdi. DEM rəsmilərindən dərhal gələn açıqlama onu göstərir ki, kürdlər siyasi və hüquqi dəyişikliklərin olacağına dair gözlənti içərisindədirlər və buna dair vəd alıblar. Bu, o deməkdir ki, kürdlərin Türkiyənin ictimai-siyasi həyatında iştirakı qarşıdakı dövrdə daha da artacaq”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Ş.Cəlilzadə əlavə edib ki, bunun nə ilə nəticələnəcəyini indidən demək çətindir: “Lakin “tarix hər zaman ən böyük müəllimdir” yanaşmasından çıxış edərək ehtimal etmək olar ki, kürdlərin siyasi təsir imkanlarının artması Türkiyəni türk dünyasından uzaqlaşdırmaq planına, keçmiş Osmanlı mirası üzərindən Yaxın Şərqdə yeni münaqişə girdabının içərisində məşğul etmək məqsədinə xidmət etmiş ola bilər. Hətta gələcəkdə İraq kürdüstanı, İran kürdüstanı kimi ideyalara da Türkiyənin güclü əlləri ilə nail olmaq istəyənlər də tapılacaq. Təsadüfi deyil ki, TRT-də proses başlar-başlamaz “Urmiya kürd şəhəridir” tezisi yayılmağa başladı. Buna sərt etiraz, nə maraqlıdır ki, İrandan deyil, Azərbaycandan gəldi. Xatırladım ki, bu ilin martında Urmiyaya köçürülən 2 min kürd “Urmiya Kürdüstandır” şüarı səsləndirdikdən sonra şəhərin azərbaycanlı çoxluğu küçələrə axışaraq “Urmiya türkündür, yaşasın Azərbaycan” şüarları ilə cavab aksiyası keçirmişdilər. Göründüyü kimi, kürdlər hər zaman regionda siyasi təsir aləti olaraq istifadə olunublar”.

Siyasi şərhçinin bildirdiyinə görə, vaxtilə Türkiyə içərisində türk milli dövlətçiliyini zəiflətmək məqsədi naminə, indi Suriya daxilində milli dövlətçiliyin qurulmasını önləmək naminə istifadə olunan kürdlərdən, gələcəkdə İran daxili proseslərində istifadə ediləcəyini təxmin etmək olar: “Türkiyədə yeni siyasi proses sadəcə ölkə daxili deyil, həmçinin regional baxımdan yeni siyasi proseslərin başlanğıcı olacaq. Odur ki, Türkiyənin kürd faktoru üzərindən türk dünyası siyasətinin zərər görməməsi arzuolunandır. Vaxtilə həmin kürdlərin dəstəyi ilə SOCAR-ın binası önündə Azərbaycana qarşı aksiyalar təşkil olunmuşdu. Ermənistanla normallaşma və sərhədlərin açılması məsələsinin zaman-zaman aktuallaşması, 2009-cu ilə, yəni eyni ilə həm “kürd açılımı”, həm də “erməni açılımının” təsadüf etməsi heç də təsadüf deyildi. PKK bağlantılı, bir sıra HDP-li Türkiyə millət vəkillərinin erməni kökənli olması da təsadüf deyil. Urmiyanın Kürd şəhəri adlandırılması – Türk mediasına kürd-erməni amilinin sızması sayıla bilər. 15 iyul 2016 – milli birlik günü – Türkiyə üçün tarixi dərslər vermiş olmalıdır. Türkiyə milli dövlətçiliyinin içərisinə yad amillərin sızmasının ağır təcrübəsini 15 iyulda yaşadı”.

O həmçinin deyib ki, “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində PKK ilə əldə olunan razılaşma və terror qruplaşmasının silahı yerə qoymaq qərarı – Kürd açılımının yeni mərhələsidir və bu prosesin milli dövlətçiliyə zərər vurmayacaq şəkildə idarə olunması türk birliyinin, türk dünyasının vahid siyasətinin qorunması baxımından əhəmiyyət daşıyır: “Keçmiş HDP-li erməni millət vəkili, PKK bağlantılı Garo Paylanın Zəngəzur dəhlizinə istinadən “O yol açılırsa ya Turan yolu olur ya da Rus yolu olur ve Ermenistanın sonu olur” deməsini xatırlamaq yerinə düşər. Yəni bu təfəkkür anti-Türkiyə, anti-türk dünyası istiqamətinə köklənib. Bir də bu düşüncə sahiblərinin Türkiyə siyasətinə dərin sızmasını təsəvvür etdikdə qarşıdakı on illər üçün olan mənzərə aydın olur. Odur ki, Türkiyənin müvafiq prosesdə olduqca ehtiyatlı yanaşmalar sərgiləməsi lazımdır. Vaxtilə Paylanın səsləndirdiyi “fürsət pəncərələri” ifadəsinin bugün cənab Ərdoğanın dilindən səslənməsi, yeni “fürsətlərin” Türkiyənin türk dünyası istiqamətindəki siyasətləri üçün “hacət qapılarını” bağlamaması diləyilə...”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 İyul 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri