Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya üçün Azərbaycan nümunəsi var. Siyasi və iqtisadi müstəqilliyini tam təmin edərək region liderliyindən qlobal arenaya sürətlə yüksələn ölkəmizin təşəbbüs və təklifləri qəbul olunur, onunla əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verilir. Prezident İlham Əliyevin qlobal liderliyi ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir. Bunun nəticəsidir ki, Bakı beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Dünya liderlərinin paytaxtımızda toplaşması yeni hadisə sayılmır. Qlobal gündəmin aktual məsələlərinin Bakıda müzakirə olunması və həlli istiqamətində prinsipial addımların atılması dövlətimizin artan qüdrətindən xəbər verir. Bu gün Bakı yenidən dünyanın diqqət mərkəzindədir. Bu dəfə paytaxtımız Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına ev sahibliyi edir. 

Əvvəla, ondan başlayaq ki, dünya liderlərinin Bakıda bir araya gəlməsi ölkəmizin qlobal dialoq və əməkdaşlıq proseslərindəki rolunu bir daha gündəmə gətirdi. Bu toplantı ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində qazandığı etimadın göstəricisidir. Bəs niyə məhz Azərbaycan? Sualın cavabı sadədir. Çünki dünyanın müxtəlif regionlarını təmsil edən dövlət rəhbərlərinin Bakıda toplaşması ölkəmizin artan siyasi çəkisinin, beynəlxalq nüfuzunun və əməkdaşlıq imkanlarının nümayişidir! Prezident İlham Əliyevin liderliyi ölkəmizin beynəlxalq proseslərdə fəal iştirakını, təşəbbüs və təkliflərinin qəbul olunmasını şərtləndirən əsas və başlıca amildir.

İkincisi, Prezident İlham Əliyev toplantıda AQEM-in bu mötəbər tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini ətraflı şəkildə ifadə etdi. Dövlət başçısı 2024-cü ildə Azərbaycanın təşkilata sədrliyinə bütün üzv dövlətlərin yekdil dəstəyini ölkəmizə göstərilən hörmət və etimadın ifadəsi kimi dəyərləndirdi. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyə, Asiya ilə Avropa arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə və Avrasiya məkanında birləşdirici mərkəz kimi artan roluna göstərilən etimadın göstəricisidir. Prezident İlham Əliyev çıxışında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə ikitərəfli və çoxtərəfli 
əməkdaşlığın regional təhlükəsizliyin möhkəmləndirilməsindəki rolunu aydın şəkildə ortaya qoydu.

Üçüncüsü, hibrid təhdidlərin və münaqişələrin geniş vüsət aldığı müasir dövrdə beynəlxalq təşkilatlar, xüsusilə BMT kimi yüksək nüfuza malik qurumlar ədalətin bərpasında ciddi çətinliklərlə üzləşirlər. Prezident İlham Əliyev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini tarixi faktlara və beynəlxalq hüququn tətbiqindəki ikili standartlara yönəltdi. Azərbaycanın üzləşdiyi hadisələr göstərdi ki, beynəlxalq sənədlərin qəbulu problemin həlli üçün kifayət etmir. Əsas məsələ həmin sənədlərin icrasını təmin etmək, beynəlxalq hüququn tələblərinə əməl olunmasına nail olmaq və bütün dövlətlərin suverenliyi ilə ərazi bütövlüyünə eyni hüquqi prinsiplərlə yanaşmaqdır.

Dördüncüsü, Azərbaycanın AQEM-ə ikiillik sədrliyi təşkilatın institusional inkişafı və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə yadda qaldı. Ölkəmiz nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində birgə fəaliyyətin inkişafına xüsusi diqqət yetirdi. Üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən təşəbbüslər AQEM-in imkanlarını gücləndirdi, təşkilatın üzvlük coğrafiyasını genişləndirdi. Azərbaycanın sədrliyinin daha iki il uzadılmasına verilən yekdil dəstək ölkəmizin təşkilat daxilindəki fəaliyyətinə göstərilən etimadın ifadəsi oldu. Ölkəmiz üzərinə götürdüyü məsuliyyətə hər zaman həssaslıqla yanaşmış, dürüstlük və ədalət prinsiplərinə sadiqliyi ilə üzv dövlətlərin etimadını qazanmışdır. Sədrliyin uzadılması barədə yekdil qərar da bu etimadın və Azərbaycanın fəaliyyətinə verilən qiymətin göstəricisidir.

Nəhayət, Avropanın bir parçası, “köhnə qitə”-nin enerji, iqtisadi və siyasi həyatında önəmli ölkə olan Azərbaycan AQEM-ə sədrliyi dövründə Asiya ölkələri arasında əlaqələrin güclənməsinə, əməkdaşlığın genişlənməsinə, inkişaf və tərəqqiyə töhfə verir. Bu, həm də o deməkdir ki, bu günün Azərbaycanı ilə hər birimiz fəxr etməliyik. Prezident İlham Əliyevin lideri olduğu ölkəmiz beynəlxalq münasibətlərdə öz sözünü deyən, müxtəlif dövlətlərlə əməkdaşlığını genişləndirən nüfuzlu tərəfdaş kimi çıxış edir. Azərbaycanın AQEM-ə sədrliyi də Avrasiya məkanında əməkdaşlığın inkişafı ilə də yadda qalır. Ölkəmiz qüdrətləndikcə, beynəlxalq aləmdə sözü eşidildikcə Ulu öndər Heydər Əliyevin dahiyanə fikirlərindəki strateji uzaqgörənliyin böyüklüyünü daha aydın görürük. Böyük lider əsrin sonlarında ölkəmizin daxili və xarici düşmənlərinə xitabən bəyan etmişdi ki, siz elə bilirsiniz, Azərbaycan həmişə belə zəif qalacaq? Siz səsi və sözü beynəlxalq aləmdə eşidilən Azərbaycanı görəcəksiniz. Bu gün həmin fikirlərin gerçəkliyini yaşayırıq. Ümummilli liderin qurduğu dövlətin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda sədr kimi qlobal problemlərin həllinə öz töhfəsini verir. Böyüklük və qüdrətli olmaq da elə budur!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri