Icma.az
close
up
RU
Dünya üçün nümunə olan SİYASİ USTALIQ TƏHLİL

Dünya üçün nümunə olan SİYASİ USTALIQ TƏHLİL

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

XII Qlobal Bakı Forumu 15 mart tarixində başa çatsa da, hələ çox müzakirələrə səbəb olacaq və ölkə rəhbərimizin fikirləri, eləcə də öz müsahibəsində səsləndirdikləri qətiyyən unudulmayacaq. Onsuz da yüzlərlə iştirakçı elə həmin tədbirdə dünya düzəninin necə dəyişdiyini və bundan sonra nə etmək lazım olduğunu müzakirə ediblər. Bununla belə, diqqətə çatdıraq ki, məhz ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ünvanladığı mesajlar və səsləndirdiyi fikirlərin də elə dünya düzəninin qaydasına düşməsi üçün bir yol xəritəsi olması fonunda hələ çox müzakirələr gözlənilir. Bütün bunların fonunda etiraf etmək lazımdır ki, dövlət başçımızın öz müsahibəsində bildirdikləri təkcə XII Qlobal Bakı Forumu iştirakçıları üçün yox, ümumilikdə dünya üçün nümunə olan siyasi ustalıqdır.

Dövlətimizin mövqeyi, geosiyasi müstəvidə rolu ölkə rəhbərimizin siyasi ustalığı qələbəmizin davamlı olacağından xəbər verir

Dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın aparıcı siyasətçini, o cümlədən 50-dən artıq hazırkı və keçmiş dövlət və hökumət başçılarını, habelə Nobel mükafatı laureatlarını, BMT-nin nümayəndələrini, elmi və ekspert ictimaiyyətini bir araya gətirən XII Qlobal Bakı Forumunun əhəmiyyətli dərəcədə qaynar keçməsi gözlənilən idi. Elə dünya düzəni ilə bağlı ölkə rəhbərimizin ünvanladığı mesajlar da, Prezidentimizin öz müsahibəsi zamanı dünya düzənini qaydaya salmaq barədə səsləndirdiyi yol xəritəsi də göslənilən hesab olunurdu, çünki dünya ictimaiyyəti artıq dövlətimizin başçısının ənənəvi şəkildə layiqli, yerində olan mesajlarına, siyasi ustalığına alışqandır və bütün dünya üçün nümunə sayılan qalibiyyət yenə də, bu dəfə də tam yerinə düşdü.

Ölkəmizin qlobal miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi birinci dəfə deyildi. Heç sonuncu dəfə də ola bilməz. Belə tədbirlərin yenə də Azərbaycanda keçiriləcəyi əlbəttə ki, yenə də gözləniləndir. Çünki əvvəla, Azərbaycan beynəlxalq miqyaslı tədbirləyə ev sahibliyini hər dəfə layiqincə edib. Digər tərəfdən də, ölkəmizin beynəlxalq miqyasda nüfuzu günü-gündən elə bir dinamika ilə artmaqdadır ki, bunun fonunda başqa gözlənti ola da bilməz və rəsmi Bakının mövqeyi, geosiyasi müstəvidə rolu hələ bundan sonra daha böyük tədbirlərin ölkəmizdə təşkil ediləcəyini söyləməyə əsas verir. Azərbaycan nə hansısa cırtdan dövlətin tayı deyil, nə də Ermənistan kimi hansısa işğalçı dövlətlə, dünyada zərrə qədər də nüfuzu və rolu olmayan, hesaba belə alınmayan ölkə ilə müqaisə də edilə bilməz. Əks halda, bütün dünya ölkələrinin liderləri Azərbaycanda toplaşmazdı.

Hər dəfə beynəlxalq tədbirlərə ev sahibliyi etdikdən sonra Azərbaycanın nüfuzunun daha da artdığı bəllidir. Dünya ölkələrinin liderləri, müxtəlif dövlətlərin hökumət rəhbərləri ölkəmizdə olduğu zaman Azərbaycanın necə bir demokratik, suveren dövlət olduğunu və qüdrətini görmüş olurlar. Əleyhimizdə olanlar belə qlobal miqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycanın necə bir ölkə olduğunu gördükləri zaman öz hesablarını da yaxşıca gedirlər. Başa da düşürlər ki, hərhansı cılız təbliğat, hərhansı ucuz qarayaxma kompaniyası Azərbaycan kimi bir qüdrətli ölkə üçün qətiyyən təsirli ola bilməz. Eyni zamanda, ölkə rəhbərimizin hər dəfə çıxışlarını, ifadə etdiyi fikirləri eşidənlər yaxşı başa düşürlər ki, Azərbaycan Prezidenti həmişə olduğu kimi, yenə də qətiyyətlidir və böyük siyasi iradəyə sahibdir. Dərk edirlər ki, ölkə rəhbərimiz hər zaman olduğu kimi, yenə də öz haqlı mövqeyindən dönməzdir və hansısa quvvə başqa bir gözləntini nə gözləyə, nə də buna heç ümid də edə bilməz. Deməli, bizim bundan sonra da diplomatik qələbələrə, uğurlara, irəliləyişlərə inanmağımız, ümid etməyimz heç də əsassız deyil. Çünki dövlətimizin mövqeyi, geosiyasi müstəvidə rolu ölkə rəhbərimizin siyasi ustalığı qələbəmizin davamlı olmasından xəbər verir.

Ölkə rəhbərimizin diplomatik qələbəsi siyasi ustalıq olaraq qəbul edilir və bütün dünya üçün də nümunə sayılır

Tədbirə ev sahibliyi edən və tədbirdsə yüksək səviyyədə təmsil olunan Azərbaycanın dövlət başçısının öz güclü tərəflərinə və milli maraqların prioritetinə arxalandığını sərt və birmənalı şəkildə bəyan edən ətraflı müsahibəsinin “Euronews” televiziyasında yayımlanması əlbəttə ki, diqqətdən, bütün dünyanın diqqətindən yayına bilməzdi və yayınmadı da. “Bizim yanaşmamız ondan ibarətdir ki, biz dünya nizamını qiymətləndirməkdə tamamilə haqlı idik. Milli maraqlarımızdan söhbət gedəndə heç kimə, heç bir quruma arxalanmadıq. İstər Rusiya ilə Ukrayna arasındakı müharibə, istər Yaxın Şərqdəki hadisələr, istərsə də Afrikadakı gərginlik olsun, hər bir ölkə başa düşməlidir ki, öz taleyinin sahibidir”, deyə bəyan edən cənab Prezindent İlham Əliyev bir daha diqqətə çatdırdı ki, ölkəmizdə yürüdülən siyasətin, Azərbaycanın tutduğu yolun doğru, düşünülmüş, məqsədyönlü olduğuna elə əvvəldən əmin olub.

Ölkə rəhbərimz öz müsahibəsində həmçinin onu da vurğulayıb ki, bizim tanıdığımız dünya nizamı artıq mövcud deyil və hazırda beynəlxalq ictimaiyyətin istifadə edəcəyi qarşılıqlı əlaqə konfiqurasiyası heç kimə məlum da deyil. “Hər bir ölkə hər hansı yardıma, hətta beynəlxalq hüquqa güvənməkdənsə, öz daxili işlərinə və daxili imkanlarına daha çox diqqət yetirməlidir. Beynəlxalq hüququn seçmə tətbiqinin qurbanına çevrilmiş Azərbaycan öz gələcəyini daxili imkanlarından istifadə etməklə qurmaqda böyük təcrübəyə malikdir”, deyərək, fikirlərini əsaslandıran cənab İlham Əliyev bir çox məqamlara da siyasi ustalıqla bütün dünyanın diqqətini cəlb edib.

İndi bütün dünya başa düşür və açıq-aşkar şəkildə etiraf da edir ki, paytaxtımızda keçirlən və ölkəmizin ev sahibliyi etdiyi Forumun layiqincə təşkil olunması, həmin tədbirdə və öz müsahibəsində ölkə rəhbərimizin, cənab İlham Əliyevin söylədikləri, bildirdiyi fikirlər, ünvanladığı mesajlar, həmçinin ortaya qoyduğu yol xəritəsi əsl diplomatik qələbə sayılır. Bəli, yenə də ölkə rəhbərimiz özünün siyasi ustalığı ilə diplomatik qələbəyə imza atdı. Artıq Azərbaycan Prezidentinin ənənə halına çevrilmiş diplomatik qələbəsi siyasi ustalıq olaraq qəbul edilir. Özü də, bütün dünya üçün nümunə də hesab olunur.

Beynəlxalq hüquqa, qanunlara və xalqa arxalanaraq milli maraqların üstün tutulması ən böyük siyasi ustalıqdır

Dünyanın ən böyük, ən güclü dövlətlərindən biri, bəlkə də birincisi olan ABŞ kimi bir dövlətin Azərbaycana maraq göstərməsi, ölkəmizin mövqeyi ilə hesablaşması heç də təsadüfi deyil. Belə bir hal ancaq Azərbaycanın qüdrəti, nüfuzu, ölkə rəhbərimizin siyasi iradəsi, siyasi ustalığı sayəsində reallığa çevrilib. İndi amerikalılar yaxşı bilirlər ki, əvvəla, Azərbaycan regionun aparıcı dövlətidir. Hətta bütövlükdə Qərb yaxşı bilir ki, Azərbaycan regionun lokomotividir. Amerika lideri Trampın Azərbaycan Prezidentinin fikirlərinə böyük hörmətlə yanaşması da əbəs yerə deyil, tamamilə məntiqidir. Cənab İlham Əliyevin fikirləri Donald Tramp üçün çox önəmlidir, çünki Ağ Ev rəhbəri bilir ki, Qafqazın ən güclü, ən qüdrətli dövlətinin başçısı güclü siyasi iradəyə sahib olmaqla yanaşı, həm də reallığa, həqiqətə, qanunlara, beynəlxalq hüquqa və bunlarla yanaşı, həm də həmişə olduğu kimi, yenə də öz xalqına arxalanır.

ABŞ kimi bir ölkənin rəhbəri üçün rəsmi Bakının hansı mövqedə olması indi olduqca maraqlıdır. Ümumiyyətlə, dünyada baş verən hadisələrə Azərbaycanın, Azərbaycan Prezidentinin ən doğru şəkildə yanaşması, ən doğru və real münasibət bildirməsi qətiyyən diqqətdən yayınan olmayıb. İndi məhz bunun fonunda da bu və ya digər qlobal problemlərə, məsələlərə ölkəmizin hansı şəkildə baxması ilə də Amerika liderinin maraqlanması ölkə rəhbərimizin siyasi ustalığı sayəsindədir. Dövlət başçızım “Euronews” telekanalına müsahibəsində ABŞ-la dialoq qurmağa hazır olduğunu təsdiqləməsi də diqqətdən yayınan deyil və bunu ABŞ prezidenti Donald Tramp da qətiyyən nəzərdən qaçıra bilməz. “Biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığın bərpasına çox nikbin yanaşırıq”, deyə Azərbaycan lideri bildirib və bu o deməkdir ki, dövlət başçımız Bayden kimi əleyhimizdə olan, milli maraqlarımıza qarşı çıxan biri ilə deyil, məhz bizim ölkəmizlə münasibətlərə sağlam şəkildə yanaşan liderlə münasibətlərə önəm verir. Elə bu fakt özü də siyasi iradənin olduğunun təsdiqidir. Artıq belə bir siyasi iradə bütün dünya ictimaiyyəti üçün heç də sirr deyil. Məhz bu baxımdan da cəsarətlə deyə bilərik ki, ölkə rəhbərimizin milli maraqlarımızı daha üstün tutması,bu istiqamətdə də qətiyyəti, bunun "Euronews" kimi televiziyaya müsahibədə aydın şəkildə ifadəsi bütün dünya üçün nümunə olaraq siyasi ustalıqdır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Mart 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see235

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see162

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see141

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri