Icma.az
close
up
RU
Dünya üçün qorxulu proqnoz: inflyasiya artacaq Azərbaycanda isə...

Dünya üçün qorxulu proqnoz: inflyasiya artacaq Azərbaycanda isə...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı sərəncamı bir çox aspektdən diqqət çəkib. Xüsusilə siyahıda adları yer alan dövlətlərə fərqli rüsumların müəyyənləşdirilməsi müzakirə edilir. Məsələn, Çinə 34 faiz, Avropa İttifaqına (Aİ) 20 faiz, İsrailə 17 faiz gömrük rüsumu tətbiq olunacaq. ABŞ prezidenti ən aşağı gömrük rüsumunu Türkiyə,  İngiltərə, Səudiyyə Ərəbistanı və Misirə tətbiq edib. Ekspertlər sözügedən qərarı “Gömrük savaşı” kimi dəyərləndiriblər.

Bu proses dünyaya nə vəd edir? ABŞ-ın ölkə seçimləri necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ABŞ-ın müəyyən etdiyi yeni tariflər dünya iqtisadiyyatına təsir edəcək:

“Ən azı “tarif müharibəsi” istehsakçıların başında çartlayacaq. Çünki məhsulların dəyəri artacaq, bu da inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Sözügedən qərarın isə ABŞ üçün daha az təsiri var, nəinki, dünya…Digər ölkələrdə yaxın zamanlarda ciddi təsirlərin şahidi olacağıq”.

Natiq Cəfərli

İqtisadçı bildirib ki, Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi yüksək rəqəmlərlə ifadə olunmur:

“Ölkəmizdən ABŞ-a ixrac edilən məhsulların həcmi də çox deyil. Vaşinqton bizim ticarət tərəfdaşlarımızın ilk 15-liyinə belə daxil olmur. Düşünmürəm ki, Azərbaycan iqtisadiyyatında hansısa dalğalanmalar yaransın. Digər tərəfdən, ABŞ bizə daha çox məhsul satır, nəinki əksi. Bu nöqteyi-nəzərdən Azərbaycan da məhsulların tariflərini 10 faiz artırsa, bu, nə qədər qəribə səslənsə də, ölkəmizə xeyir gətirə bilər. O ki qaldı tariflərlə bağlı ölkə seçimlərinə, Türkiyə və İngiltərə ilə ABŞ-ın özəl münasibətləri var. Bu yerlərdən daha çox komplektləşdirici məhsullar alınır. Vaşinqton özünə sərf edən yolu seçir”.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri