PROQNOZ: Azərbaycanda inflyasiya bu il 5.1 faiz olacaq
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“2024-cü ilin sonuna Azərbaycanda inflyasiyanın 5.1 faiz olacağı gözlənilir”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, inflyasiya təzyiqlərinin azalması məqsədilə Mərkəzi Bank pul siyasətini yumşaldıb:
"Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib".
Bizim.Media

BMTdən Azərbaycanda inflyasiya ilə bağlı proqnoz...
10 Yanvar 2025 00:34
Bu il inflyasiya nə qədər olacaq? PROQNOZ
28 Mart 2025 14:50
“Azərbaycanda inflyasiyanın 5.1 faiz olacağı gözlənilir”
18 Noyabr 2024 12:33
PROQNOZ: Azərbaycanda bu il orta illik inflyasiya 3,5 %ə qədər azalacaq
27 Noyabr 2024 14:57

